KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Türkiye
  4. »
  5. Kənan Novruzov: NATO- nun leytmotivi Türkiyə Aİ üzvü olur?

Kənan Novruzov: NATO- nun leytmotivi Türkiyə Aİ üzvü olur?

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
16 0

ABŞ-nin “The National Interest” nəşri yazıb ki, Türkiyə NATO və Avropa İttifaqını (Aİ) daha da gücləndirir.

Qeyd olunub ki, Türkiyənin Rusiya- Ukrayna müharibəsindəki mövqeyi mühüm və strateji əhəmiyyətə malikdir: “Türkiyənin nüfuzunun artması həm də Avropa İttifaqı və NATO-nun güclənməsi deməkdir”.

Məqalədə, həmçinin yazılıb ki, hərbi gücü nəzərə alınmaqla Türkiyə Aİ-yə üzv olmalıdır: “Türkiyə regiondakı bütün gərginlik və münaqişələrdə vasitəçi, yaxud ticarət diplomatiyasını təmin edən dərin siyasət nümayiş etdirir. Türkiyə dünyanın ən gərgin nöqtəsi olan Avrasiyanın mərkəzində yerləşən bir ölkə kimi regional şahmat oyununda böyük ustalıq nümayiş etdirir”.

Bildirilib ki, Türkiyə-Rusiya münasibətlərində tarix boyu qarşıdurma və gərginlik müşayiət olunsa da, onlar indi tərəfdaşdırlar:
“Türkiyə indi həm Rusiya, həm də Ukrayna üçün vacib ölkə olmaqla yanaşı, dünya miqyasında müstəqil ölkə kimi mövqeyini qoruyur və NATO-nu gücləndirir. Türkiyə bir tərəfdən Ukraynanı silahlandıran, digər tərəfdən Rusiya ilə ticarət apara bilən vacib ölkəyə, həmçinin “Taxıl sazişi” kimi mühüm razəlaşmaların əldə edilməsinə nail olan aktora çevrilib”.

Məqalədə vurğulanıb ki, Ankara Cənubi Qafqaz və Mərkəzi Asiyada da siyasi və iqtisadi imkanlarını artırır.

Məlum olduğu kimi, rəsmi Ankara bu gün beynəlxalq aləmin əsas siyasi aktorlarındandır. Bunun bir neçə səbəbi var. Birincisi, Türkiyə, demək olar, qütbləşmələrdə iştirak etmir. Bunun ən bariz nümunəsi Türkiyənin Rusiya- Ukrayna müharibəsi ilə bağlı mövqeyidir. İkincisi, Türkiyənin müxtəlif regionlarda artan hərbi təsiridir. Üçüncüsü, Ankaranın diplomatik müstəvidəki roludur. Türkiyə bu gün baş verən siyasi proseslərdən kənarda qalmır, əksinə, onların fəal iştirakçısıdır. Bütün bunlar Ankaranı əhəmiyyətli partnyora çevirir.

Bundan başqa, ABŞ ilə Avropa arasında artan gərginlikdə də Türkiyə bir növ körpü rolunu oynaya bilər. Çünki Aİ- yə üzvlük iddiasında olan Ankaranın həm də Vaşinqtonla normal münasibətləri var. Beləliklə, Türkiyə ABŞ ilə Avropa arasında artan gərginlik fonunda NATO-nun parçalanmasının da qarşısını ala bilər.

Qeyd olunan məqamlarla əlaqədar olaraq Türkiyənin beynəlxal siyasi oyunçu kimi artan nüfuzunu, əlbəttə, həm Alyans, həm də Aİ anlayır. Beləliklə, NATO – nun təhlükəsizliyinə mühüm töhfə verən Türkiyənin Aİ-yə üzvlük məsələsi getdikcə aktuallaşacaq.

Kənan Novruzov

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir