KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Kənan Novruzov: NATO anonsunu verdi- Müharibə bitməyəcək, əksinə…

Kənan Novruzov: NATO anonsunu verdi- Müharibə bitməyəcək, əksinə…

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
18 0

NATO yaxın həftələrdə Ukraynada müharibənin daha da genişlənəcəyini gözləyir. Bu barədə Alyansın Baş katibi Yens Stoltenberq “Velt am Sonntaq” qəzetinə müsahibəsində deyib. Onun sözlərinə görə, Ukraynaya silah tədarükü davam edəcək: “Kiyev uzunmüddətli perspektivdə özünü yalnız sovet dövründən qalmış silahlarla müdafiə edə bilməz. Artıq Ukraynaya müasir silahlar verilməlidir”.
Y.Stoltenberq həmçinin Ukraynada nüvə silahının tətbiqi ilə bağlı Kremlə xəbərdarlıq edib: “Bizim mesajımız birmənalıdır. Nüvə silahından istifadə nəticəsində hər iki tərəf uduzacaq. Nüvə müharibəsi qələbəyə səbəb ola bilməz”.
Alyansın Baş katibinin müavini Mirça Coane “Əl-Cəzirə” telekanalına müsahibəsində söyləyib ki, Ukraynada müharibənin həlledici dövrü başlayır. Onun sözlərinə görə, savaşın mümkün eskalasiyası gözlənilmir.
Maraqlıdır ki, bir neçə gün əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə danışıqların tamamilə dayandırıla biləcəyi barədə xəbərdarlıq etmişdi. O, buna səbəb Rusiya hərbçilərin əsir götürülmüş insanları öldürdüyünü bildirmişdi.
Nəzərə almaq lazımdır ki, döyüşlər iki aydan artıqdır davam edir. Ötən müddət hər iki tərəf üçün ciddi itkilərlə yadda qalıb. Savaşın ilk günlərinə nisbətən Qərbin Kiyevə dəstəyi indi daha aydın görünür. Bu isə onu deməyə əsas verir ki, bütün prosesləri idarə edə Qərb imiş. Məhz bəzi NATO ölkələri əvvəlcə Ukraynanı “bataqlığa” çevirdilər, sonra isə Rusiyanı bura çəkdilər. Məqsəd Kremli zəiflətmək, onu idarə olunan vəziyyətə gətirməkdir. Lakin Qərb hələ istədiyi nəticəni əldə etməyib. Ona görə də Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun da dediyi kimi, Alyans daxilindəki bəzi dövlətlər savaşın bitməsində maraqlı deyillər. Kiyevə dəstəyin, o cümlədən hərbi təminatın davam etməsi də bu baxımdan qiymətləndirilməlidir.
NATO baş katibin sözügedən açıqlaması əslində heç də Ukraynaya dəstəyin təzahürü deyil. Bu, daha çox Alyansın arzuları, gələcək planları kimi qiymətləndirilməlidir. Çox güman ki, yaxın günlərdə NATO Ukraynaya daha ağır silahlar verəcək. Əvvəllər də dediyimiz kimi, döyüşlərin Rusiya ərazisinə keçməsi ehtimalı qətiyyət istisna deyil. Hətta, ola bilsin, Dnestryanıdakı hadisələr də Kreml üçün əks effekt versin və Rusiyanın daha da zəifləməyinə şərait yaratsın. Hər halda bu, Qərbin arzuladığı ssenaridir.
Məsələ aydındır: savaş asanlıqla bitməyəcək. Artıq Qərb dövlətlərinin müharibəyə təsir imkanları artır. Və bunun fonunda döyüşlər tərəflərin nəzarətindən çıxır. Qərb Rusiya ilə bağlı məqsədlərinə çatmayanadək savaşı dayandırmayacaq. Həmin nəticə isə region üçün daha ciddi təhlükələr yaradacaq.

Kənan NovruzovKafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.