KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Kənan Novruzov: Müharibənin ildönümünə qədər Rusiyada səfərbərlik elan olunacaq və..

Kənan Novruzov: Müharibənin ildönümünə qədər Rusiyada səfərbərlik elan olunacaq və..

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
210 0

Ukraynanın Müdafiə və Təhlükəsizlik Şurasının sədri Oliksiy Danilov deyib ki, Rusiya fevralın 24-dək yeni hücuma hazırlaşır. Onun sözlərinə görə, Rusiya müharibənin ildönümünə qədər müəyyən nailiyyətlər əldə etməyə çalışacaq: “Rusiya cəbhənin müxtəlif istiqamətlərində uğurlar əldə etməyə səy göstərəcək. Onların əsas məqsədi Luqansk və Donetsk vilayətlərinin sərhədlərinə çıxmaqdır. Qarşı tərəf artıq bir həftədir ki, Zaporojye istiqamətində yeni qoşun toplayır”.

Danilov, həmçinin bildirib ki, Moskvanın qalib gəlmək şansı yoxdur. Ukrayna rəsmisinin fikrincə, bunu Rusiya özü də başa düşür.

Savaşın ildönümünə qədər cəbhədə müəyyən dəyişikliklərin olacağı gözləniləndir. Yəqin ki, Rusiya təzyiqi, Ukrayna isə əks-hücumu arıtrmağa çalışacaq. Çünki hər iki ölkənin rəhbərliyi fevralın 24-də xalqına müjdə vermək istəyir.

Rusiyanın imkanları getdikcə tükənir. Bu baxımdan əvvəllər də dediyimiz kimi, qarşıdakı həftələr ərzində ölkədə səfərbərliyin növbəti dalğasının elan olunması və Belarusdan ikinci cəbhənin açılması gözləniləndir.

Qərb dövlətləri, o cümlədən Britaniya, Almaniya, Polşa Ukraynaya ağır və müasir tanklar göndərəcəklərinə dair vəd veriblər. Amma həmin texnikaların təhvil verilməsi təxminən mart ayına planlaşdırılır. Yəni fevralın 24-dək Ukraynaya ciddi dəstək olmayacaq. Bu isə o deməkdir ki, əslində Kiyevin də işi asan deyil.

Müharibənin ildönümü ərəfəsində Rusiya xüsusilə girdiyi ərazilərdə möhkəmlənmək istəyə bilər. Mümkündür ki, qarşıdakı həftələrdə Rusiyanın yeni ərazilərə nəzarəti əldə etməsinə dair məlumat yayılsın. Amma bu, situativ xarakter daşıyacaq və həlledici olmayacaq.

Əlbəttə, Daniovun dediyi kimi, Rusiya özü də başa düşür ki, işi asan çətin deyil. Buna baxmayaraq, Kreml rəhbərinin hələ ki, geri çəkilmək fikri yoxdur. Əksinə, rəsmi Moskva durumu öz xeyrinə dəyişmək üçün, demək olar, hər şeyə hazırdır.
Kənan Novruzov

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir