KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Kənan Novruzov: Müharibə olmayacaq- Moskva da qazanacaq, Kiyev də

Kənan Novruzov: Müharibə olmayacaq- Moskva da qazanacaq, Kiyev də

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
138 0

Son günlər Rusiya- Ukrayna sərhədində maraqlı hadisələr müşahidə olunur. Rusiya Müdafiə Nazirliyi qoşunlarının bir hissəsini sərhəddən geri çəkdiyini bildirib. Vurğulanıb ki, Qərb və Cənub hərbi dairələrinin bölmələri təlimlərdən sonra öz bazalarına qayıtmağa başlayır.
“Döyüş hazırlığı tədbirləri yekunlaşdıqca qoşunlar həmişə olduğu kimi, daimi dislokasiya məntəqələrinə kombinə edilmiş yürüşlər edəcəklər. Cənub və Qərb hərbi dairələrinin bölmələri tapşırıqları yerinə yetirərək artıq dəmir yolu və avtomobil nəqliyyatına yüklənməyə başlayıb və bu gündən öz hərbi qarnizonlarına hərəkətə başlayacaqlar”.
Bir sıra Qərb ölkələri bu bəyanatın reallığı əks etdirmədiyini deyiblər. Ukrayna xarici işlər naziri Dmitri Kuleba məsələyə konkret münasibət göstərməyib. O, deyib ki, biz eşitdiklərimizə yox, gördüklərimizə inanırıq.
Doğrudur, bəzi dövlətlər, o cümlədən Kanada Ukraynanı silahlandırmaqda davam edir. Amma bu, Kiyevin müharibəyə başlayacağını demək üçün əsas deyil. Yaxşı bir ifadə var, sülh istəyirsənsə, savaşa hazır olmalısan.
Ukrayna Rusiya ilə mübarizə aparacaq gücdə deyil. Moskva isə başa düşür ki, hücuma keçsə Qərblə toqquşmalı olacaq. Ona görə də əslində tərəflərdən heç biri müharibə istəmir. Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov bildirib ki, Kreml danışırlara hazırdır. O, Rusiyanın diplomatik həll variantında israrlı olduğunu xatırladıb. Bu, Moskvanın hərbi əməliyyatlar istəmədiyini bir daha təsdiqləyir.
İndi Rusiya da, Ukrayna da ümumi məxrəcə gəlməyə, belə demək mümkünsə, “qızıl ortanı” tapmağa çalışırlar. Onlardan heç biri geri çəkilmək istəmir. Deməli, hər ikisi proseslərdən uduşlu çıxmalıdır.
Məlum olduğu kimi, Moskvanı ən çox narahat edən Kiyevin NATO- ya üzvlüklə bağlı iddiasıdır. Qərb, demək olar, son vaxtlara kimi bu məsələyə müsbət yanaşırdı. Bir neçə gün əvvəl Ukraynanın Böyük Britaniyadakı səfiri Vadim Pristaiko söyləmişdi ki, Kremlin hücumunun qarşısı almaq üçün Ukrayna NATO- ya üzvlükdən imtina edə bilər. Düzdür, diplomat sonra açıqlamasının səhv başa düşüldüyünü demişdi. Lakin, görünür, artıq belə bir fikir var.
Çox güman, Putinin Türkiyə səfərində, həmçinin gözlənilən üçtərəfli görüşdə bu məsələ geniş müzakirə olunacaq. Yaxın gələcəkdə Ukraynanın NATO- ya üzvlükdən ən azı müvəqqəti imtina etməsi mümkündür. Onsuz da sözügedən quruma daxil olmaq indiki məqamda Kiyev üçün o qədər də real deyil. İmtinanı rəsmi şəkildə elan etmək gərginliyi azalda, potensial müharibənin qarşısını ala bilər. Beləliklə, Moskva da qazanacaq, Kiyev də.

Kənan Novruzov

Beynəlxalq Münasibətlərin təhlili və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir