KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Kənan Novruzov: Moskva ilə dostluq edək, amma…

Kənan Novruzov: Moskva ilə dostluq edək, amma…

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
286 0

Rus hərbçilərinin Qazağın Əskipara kəndinə yerləşməsi son günlər geniş müzakirə olunur. Əlbəttə, müzakirə olunmamalı mövzu deyil. Məsələ ondan ibarətdir ki, Qarabağ ətrafında cərəyan edən proseslər kifayət qədər, hətta göründüyündən də ciddidir. Ekspertlər baş verənləri müxtəlif cür qiymətləndirirlər. Bu addımın Qazağın işğal altındakı yeddi kəndinin qaytarılması bağlı olduğunu düşünənlər var. Bəziləri isə rəsmi Bakını təhlükənin gözlədiyini istisna etmir.
Əlbəttə, rus hərbçilərinin Qazağa gəlməsi Azərbaycanın razılığı ilə olub. Deməli, vəziyyət dövlətin nəzarəti altındadır. Baş verən digər proseslər, o cümlədən KTMT- nin baş katibi Stanislav Zasın İrəvana səfəri, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı onu deməyə əsas verir ki, üçtərəfli razılaşmanın icrası gündəm mövzusudur. Amma hansı formada? Bəlkə də, Moskva şərtlərdə müəyyən dəyişikliklər etməyə çalışır. Hər halda ən azından rus sülhməramlılarının Qarabağda olduğunu nəzərə alsaq, deməli, Kremlin bölgədəki maraqları qismən də olsa təmin olunub. Şimal qonşumuz bu üstünlüyünü əldən verməmək üçün hansısa riskli addım atmaz. Amma kompromislərə gedər. Bu mənada Rusiyanın Qazaxla bağlı hansısa mənfur planlar qurduğuna inanmıram. Əks halda onun sülhməramlılıq missiyası fiaskoya uğrayacaq. Bu isə onsuz da beynəlxalq aləmdə nüfuzunu tədricən itirən Moskvaya lazım deyil. Şimal qonşumuz yaxşı anlayır ki, ABŞ və Fransa bölgəyə gəlmək üçün onun cüzi bir səhvini gözləyirlər. Ona görə də Rusiyanın istənilən aqressiv addımını bacarıqsızlıq kimi qələmə verərək Minsk Qrupunu “reanimasiyadan çıxarmağa” cəhd edə bilərlər. İndiki halda sözügedən qurumun özü olmasa da, adı Vaşinqtonla Parisə hava, su qədər lazımdır.
Qazağın yeddi kəndinin elə- belə qaytarılacağına inanmaq da, fikrimcə, sadəlövhlük olar. Kreml özünü bu qədər zəif göstərmək istəməz. Maraqları isə, çox güman, delimitasiya və demarkasiya prosesi ilə bağlıdır. Necə deyərlər, umacağı var. Və bu, təbii qarşılanmalıdır. Siyasətdə kim müftə addım atıb ki, Rusiya kimi imperialist dövlət də atsın?..
Proseslərin biz istəyən istiqamətdə irəlilədiyinə inanıram. Bir şərtlə ki, tədbirli olaq, diqqəti əldən verməyək. Necə deyərlər, məlum heyvanla dostluq etsək də, çomağı əldən yerə qoymayaq.
Kənan Novruzov

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir