KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Türkiye
  4. »
  5. Kənan Novruzov: Mirzoyan Türkiyəyə gedir: proseslər sürətlənə bilər

Kənan Novruzov: Mirzoyan Türkiyəyə gedir: proseslər sürətlənə bilər

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
41 0

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Antalyada keçiriləcək diplomatiya forumunda iştirak edəcək.
Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Unanyan feysbuk səhifəsində yazıb. “Sizə bildiririk ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Antalyada keçiriləcək diplomatiya forumunda iştirak edəcək”, – deyə o bildirib. Maraqlıdır ki, bu açıqlamanın verildiyi gün Unanyan Azərbaycanla sülh müqaviləsinin imzalanmasının hökumətin gündəliyində dayanan prioritet məsələlərdən biri olduğunu deyib: “Biz Ermənistan və bütün region üçün dinc inkişaf dövrünün başlanması strategiyasını qəbul etmişik. Bu istiqamətdə addımlar atmağa hazırıq. Digər tərəfdən, regional kommunikasiyaların açılması da hökumətin prioritet istiqamətlərdən biridir. Bu istiqamətdə də müxtəlif işlər görülür”.
Ermənistan nümayəndə heyətinin Antalya diplomatiya forumunda iştirak edəcəyi gözlənilən idi. Çünki rəsmi İrəvan diplomatik əlaqələrin bərpasında, regional əməkdaşlıqda maraqlı görünür. Bu mənada çox güman ki, Antalyada Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu və azərbaycanlı nazir Ceyhun Bayramovla ikitərəfli görüşlər keçiriləcək. Hətta üçtərəfli müzakirələrin baş tutması da istisna deyil. Görüşlərdə kommunikasiyaların açılması ilə yanaşı yekun sülh müqaviləsinin imzalanması da gündəmdə olacaq. Nəzərə almaq lazımdır ki, bir müddət əvvəl Ermənistan baş naziri Nikol Paşinyan yaxın vaxtlarda sülh müqaviləsinin imzalanacağını bildirmişdi. Görüşlərdən sonra hər üç nazir jurnalistlərə açıqlamasında, yəqin ki, müzakirələrin konstruktiv keçdiyini və regional əməkdaşlığa töhfə verəcəyini deyəcəklər. Böyük ehtimalla, həqiqətən, belə olacaq və Antalya diplomatiya forumu üçtərəfli əlaqələrin inkişafı, sürətlənməsi baxımından mühüm əhəmiyyət kəsb edəcək.
Ermənistan daxilində əlaqələrin bərpasını istəməyən qüvvələr var. Son vaxtlar cəbhənin müxtəlif istiqamətlərində təxribatlar törədilməsinin bir məqsədi də məhz əlaqələrə zərbə vurmaq idi. Yəqin ki, növbəti günlərdə də oxşar hadisələrin şahidi olacağıq.
Doğrudur, indi Rusiyanın başı Ukrayna ilə müharibəyə qarışıb. Amma Antalya diplomatik forumu, Cənubi Qafqazda baş verən hadisələr Moskvanın da maraqları daxilindədir. Bu mənada, yəqin ki, Rusiya xarici işlər naziri Sergey Lavrov da Türkiyədə bu məsələlərlə bağlı Kremlin mövqeyini ifadə edəcək. Rusiyanın regional proseslərlə bağlı nə düşündüyünü indiki məqamda demək çətindir. Amma qarşıdakı günlərdə müxtəlif rəsmilər, o cümlədən Prezident Vladimir Putin, xarici işlər naziri Sergey Lavrov, Prezidentin sözçüsü Dmitri Peskov, XİN sözçüsü Mariya Zaxarova bu mövzuda açıqlamalar verə bilərlər. Onların erməni həmkarları ilə telefon danışıqları da mümkündür.
Əgər Kreml özünün “ofsaytda” qalacağından, regiondakı təsir gücünün azalacağından narahatdırsa, o zaman yaxın günlərdə müxtəlif formalarda İrəvana təzyiqlərin, Qarabağla bağlı gözlənilməzliklərin də şahidi ola bilərik.
Bütün hallarda Ermanistan xarici işlər naziri Ararat Mirzoyanın Antalya diplomatiya forumunda iştirak edəcəyi müsbət haldır. Bu birbaşa təmaslara, daha aydın və şəffaf müzakirələrə şərait yaradacaq.
Kənan Novruzov, Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.