KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Kənan Novruzov: Minsk Qrupunu saxlamağın heç bir məntiqi yoxdur

Kənan Novruzov: Minsk Qrupunu saxlamağın heç bir məntiqi yoxdur

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
16 0

Bayramov konkret danışdı: Minsk Qrupunu saxlamağın heç bir məntiqi yoxdur

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Baş katibi Feridun Sinirlioğlu ilə keçirilən birgə mətbuat konfransında deyib ki, ATƏT-in Minsk Qrupunu saxlamağın heç bir məntiqi yoxdur.
O, Minsk Qrupu və onunla əlaqədar institutların ləğvi barədə Azərbaycanın tələbini qarşı tərəfin diqqətinə çatdırıb:
“ATƏT-in Minsk Qrupu məhz Qarabağ münaqişəsinin nizamlanması üçün təsis olunmuşdu və artıq ərazimiz işğaldan azad edilib. Ona görə də Minsk Qrupunu saxlamağın heç bir məntiqi yoxdur. Əgər Ermənistan həqiqətən də məsələnin tam həllində maraqlıdırsa, Minsk Qrupu və onunla əlaqədar strukturların fəaliyyətinin davam etdirilməsində təkid etməməlidir”.
C.Bayramov həmçinin bildirib ki, hazırda normallaşma prosesi getsə də, Ermənistanın silahlanması və silahlandırılması narahatlıq doğurur.
Eyni zamanda nazir ATƏT-in Baş katibini Ermənistan konstitusiyasında dəyişiklik edilməsinin vacibliyi barədə də məlumatlandırıb.
Məlum olduğu kimi, yekun sülh sazişi ilə bağlı rəsmi Bakının iki əsas tələbi var. Bunlardan birincisi Ermənistanın konstitusiyasının dəyişdirilməsi, ikincisi isə Minsk Qrupunun ləğvidir. Hər ikisi haqlı tələbdir.
Zaman- zaman hər iki məsələ ilə bağlı rəsmi İrəvan qismən loyal, qulağa xoşgələn bəyanatlar verib. Amma sözügedən şərtlərin icra edilməsi istiqamətində real və konkret addımlar atılmır.
Bayramovun arqumentləri kifayət qədər məntiqlidir. Belə ki, Minsk Qrupunun mahiyyəti keçmiş Dağlıq Qarabağ məsələsini həll etmək idi. Azərbaycan bu məsələni özü həll etdi. Bu isə o deməkdir ki, məntiqlə daha Minsk Qrupuna ehtiyac yoxdur.
İkinci bir tərəfdən, Minsk Qrupu otuz illik işğal dövründə özünü doğrultmadı. Bu, o deməkdir ki, heç bundan sonra da adı çəkilən təşkilatdan nə isə gözləməyə dəyməz.
Bəs Ermənistan niyə Minsk Qrupunun ləğvinə çalışmır. Bunu iki səbəblə izah etmək olar. Birincisi, nəzərə almaq lazımdır ki, həmsədrlərin hər üçü- Rusiya, ABŞ və Fransa İrəvana kifayət qədər təsir imkanlarına malikdir. Ola bilsin, onlar – biri və ya bir neçəsi Ermənistana təzyiq göstərir. Bu, həmin oyunçuların özlərinin bəd niyyətlərindən xəbər verir.
İkincisi, mümkündür ki, rəsmi İrəvan özü üçün əlverişli hesab etdiyi hansısa məqamda Minsk Qrupunu yenidən “oyuna daxil etməyə” çalışır.
Eyni zamanda, ola bilsin, Ermənistan adı çəkilən “oyunçularla” münasibəti pisləşdirməkdən də çəkinir.
Bütün bunlar Ermənistanın tərəddüdünə səbəb ola bilər. Amma İrəvanın başqa yolu yoxdur. Azərbaycanın tələbləri konkretdir.
Kənan Novruzov

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir