KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Kənan Novruzov: Minsk Qrupu fəallaşır?

Kənan Novruzov: Minsk Qrupu fəallaşır?

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
4 0

Bu gün Ermənistan baş naziri ilə qondarma respublikanın başçısı Araik Arutunyan arasında görüş olub. Tərəflər müharibədən sonrakı vəziyyəti müzakirə ediblər. Onlar, həmçinin “reanimasiyada” olan ATƏT-in Minsk Qrupu barədə danışıblar. Hər ikisi bildirib ki, qurumun fəaliyyəti regiondakı sülh və sabitlik üçün əhəmiyyətlidir. Əlbəttə, bu, Minsk Qrupunu yenidən “oyuna” daxil etmək cəhdləridir. Çünki Rusiyanın hazırkı mövqeyi Ermənistanı o qədər də qane etmir.
Üstəgəl, nəzərə almaq lazımdır ki, yaxın gələcəkdə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli görüşü gözlənilir. Yəqin, Paşinyan həmin görüşədək “əlini gücləndirmək” niyyətindədir. Hətta, ola bilsin, Paşinyan görüşdə bu məsələni qaldırmaq istəyəcək.
Ancaq reallıq ondan ibarətdir ki, daha Minsk Qrupuna nə ehtiyac, nə də yer var. İki həmsədr- ABŞ və Fransanın Cənubi Qafqaza gəlməyi çox çətindir. Bu, indiki halda yalnız İrəvana sərf edir. Heç Moskva da digər vasitəçələrin fəallaşmasında maraqlı görünmür. Çünki bu, Kremlin özünün regiondakı mövqelərini zəiflədə bilər.
Şübhəsiz, “halva, halva” deməklə ağız şirin olmaz. Rusiya bütün imkanları ilə çalışacaq ki, Fransa və ABŞ regiona gəlməsin. Eyni zamanda İrəvanın belə canfəşanlığı Moskva ilə münasibətlərə də mənfi təsir göstərməsi mümkündür. Ermənistan rəsmilərinin bundan sonra bir neçə dəfə də ATƏT-in Minsk Qrupu barədə oxşar bəyanatlar səsləndirəcəyi halda, Rusiyanın for-postuna “qulaq burma” verməsi istisna deyil. Bu, həmçinin Moskva ilə Paris və Vaşinqton arasındakı münasibətlərə də təsir edə bilər. Çünki, şübhəsiz, rəsmi İrəvanın açıqlamaları Qərbdən gələn siqnalların təzahürüdür.
Bütün bunları nəzərə alsaq, narahatlığa əsas yoxdur. Rusiya ilə Qərb arasındakı konflikdən öz xeyrimizə istifadə etmək isə daha yaxşı nəticələrə səbəb ola bilər.
Kənan Novruzov kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir