KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Kənan Novruzov: Makron Trampa “barmaq silkələdi”: Rusiya- Ukrayna müharibəsi üçün süpriz sonluq

Kənan Novruzov: Makron Trampa “barmaq silkələdi”: Rusiya- Ukrayna müharibəsi üçün süpriz sonluq

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
17 0

Fransa Prezidenti Emmanuel Makron Madaqaskara səfəri çərçivəsində çıxışı zamanı bildirib ki, ABŞ Prezidenti Donald Trampın narazılığı Ukraynanın deyil, yalnız Rusiyanın hərəkətləri ilə bağlı olmalıdır.
“ABŞ qəzəbini yalnız bir şəxsə – Rusiya Prezidenti Putinə yönəltməlidir”, – o söyləyib.
Fransa Prezidenti qeyd edib ki, Ukrayna nizamlanması ilə bağlı yalnız bir sual verilməlidir: “Prezident Putin heç bir şərt olmadan atəşkəsə razıdırmı?”.
Krımdan danışan Makron deyib ki, yarımadanın statusu məsələsi hazırda gündəmdə deyil.
“Paris Ukrayna xalqının öz ərazisində və beynəlxalq səviyyədə tanınan sərhədlər çərçivəsində sülh içində yaşamaq hüququnu müdafiə etməyə davam edəcək”, – o vurğulayıb.
Daha əvvəl Tramp bildirib ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin Krımı Rusiya ərazisi kimi tanımaqdan imtina etməsi barədə bəyanatları Ukrayna münaqişəsinin başa çatması ilə bağlı danışıqlara zərər verir.
Makronun açıqlamasında diqqət çəkən bir neçə məqam var. Birincisi, aydın şəkildə görünür ki, Fransa ABŞ-nin Rusiya – Ukrayna müharibəsinə dair mövqeyi ilə razı deyil. Bu, Avropa ilə ABŞ arasında gərginliyin artmasının növbəti bariz təzahürüdür.
ABŞ-nin Rusiyaya qarşı loyal mövqeyi Avropa paytaxtlarını, o cümlədən Parisi narahat edir. Çünki Avropa ABŞ-nin iştirak ilə müharibənin bitəcəyindən qorur. Savaşın başa çatması o deməkdir ki, Rusiya Avropa, o cümlədən Fransa üçün nəinki rəqib, həm də təhdid olaraq qalmaqda davam edəcək. Bu ssenarinin qarşısını almaq istəyən Avropa müharibəni uzatmaq istəyir.
Avropa ABŞ-nin Rusiyaya təzyiq etməsinə çalışır. Makronun “Prezident Putin heç bir şərt olmadan atəşkəsə razıdırmı?” sualı, sözsüz ki, Ağ Evə ünvanlanıb. Fransa lideri dolayısı ilə demək istəyib ki, Putin atəşkəs istəmir və onun maraqlarının təmin olunması ilə danışıqlarea getmək lazım deyil.
İkinci bir tərəfdən, Krımın məsələsi ilə bağlı da Avropa ilə ABŞ-nin mövqeyi uzlaşmır. İddialar var ki, Vaşinqton Kiyevi ərazi güzəştinə hazırlayır. Paris və bir çox Avropa aktorları Ukraynanı bu addıma getməməyə, dolayısı ilə savaşı uzatmağa sövq edirlər.
Ehtimal etmək olar ki, Avropa, o cümlədən Yelisey Sarayı ilə ABŞ arasında gərginlik daha da artacaq. Bu isə müharibənin gələcəyi üçün pis sürpriz, o cümlədən daha xaotik şərait vəd edir.
Kənan Novruzov

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir