KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Kənan Novruzov: Lukaşenko Putini niye ifşa etti

Kənan Novruzov: Lukaşenko Putini niye ifşa etti

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
228 0

Lukaşenko bu açıqlaması ilə Putini ifşa edə bilərdi
Belarus Xarici İşlər Nazirliyi Rusiyanın bu ölkə ərazisində taktiki nüvə silahları yerləşdirməsi ilə bağlı planına münasibət bildirib. Qeyd olunub ki, nüvə başlıqlarının nəzarəti rəsmi Minskə vermədən respublika ərazisində yerləşdirilməsi Nüvə Silahının Yayılmaması Müqaviləsinə zidd deyil: “Belarus öz təhlükəsizliyini və müdafiə qabiliyyətini gücləndirmək üçün məcburi cavab tədbirləri görür”.
Məlum olduğu kimi, Rusiya Prezidenti Vladimir Putin bir neçə gün əvvəl Rusiyanın Belarusda taktiki nüvə silahları yerləşdirəcəyini açıqlamışdı. NATO, ABŞ, Avropa İttifaqı, Çin və bir sıra dövlətlər Rusiyanın bu planına qarşı çıxmışdı. Hətta bir sıra Qərb ölkə və təşkilatları Kremlə xəbərdarlıq etmişdilər.
Belarusun belə məzmunlu açıqlama verəcəyi gözlənilən idi. Belarus Xarici İşlər Nazirliyinin bəyanatında diqqət çəkən iki məqam var. Birincisi, rəsmi Minsk göstərmək istəyib ki, taktiki nüvə silahının ölkədə yerləşdirilməsi Belarusun iradəsi çərçivəsində baş tutur, bu, Rusiyanın diktəsi ilə həyata keçmir. Xarici İşlər Nazirliyi bu fikri əsaslandırmaq üçün bildirib ki, bu, Belarusun təhlükəsizliyi üçün lazımdır.
İkinci bir tərəfdən, Belarus XİN əsaslandırmağa çalışıb ki, nüvə silahının ölkədə yerləşdirilməsi beynəlxalq öhdəliklərə zidd deyil. Bununla da Minsk üçüncü tərəflərin narahatlığının əbəs olduğunu göstərməyə çalışıb. Yəqin ki, Belarusun sözügedən məsələ ilə bağlı hazırkı mövqeyi bundan sonra da davam edəcək.
Rəsmi Minsk nüvə silahının ölkəsinə lazım olmadığını bildirərsə, Moskvanı ifşa etmiş olar. Belarus prezidenti Aleksandr Lukaşenkonun indiki halda buna gedəcəyini, daha doğrusu, bunu istəyəcəyini düşünmürəm.
İstisna deyil ki, Belarusda nüvə taktiki silahlarının yerləşdirilməsi üçün Rusiya prezidenti Vladimir Putin həmkarına təzyiq edib. Və, ola bilsin, bu, heç də Lukaşenkonun ürəyincə deyil. Amma Minsk bunu biruzə verərək Moskvanı pis vəziyyətdə qoymaz.
Kənan Novruzov

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir