KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Kənan Novruzov: Liderlər görüşə bilər

Kənan Novruzov: Liderlər görüşə bilər

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
390 0

“Böyük oyun” pozulur?
“Əlbəttə, nəticə hələ istədiyimiz kimi deyil. Amma ümidsiz deyilik”.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib. “Rusiyalı həmkarım Vladimir Putin və Ukrayna lideri Volodimir Zelenski ilə qarşıdakı günlərdə müzakirələr aparacağam. İstanbul görüşünü davam etdirməyi düşünürük. Əgər razı olsalar, liderlər səviyyəsində də İstanbulda görüş keçirmək istəyirik”, – o bildirib.
Görünür, Ankara vasitəçilik təşəbbüsündə hələ də israrlıdır. Əlbəttə, tərəfləri bir araya gətirmək indi savaşın ilk günlərinə nisbətən daha çətindir. Çünki hər iki tərəf artıq kifayət qədər itki verib. Rusiya getdikcə aqressivləşir. Qərb ölkələri isə savaşın davam etməsi üçün Ukraynanı silahlandırırlar. Deməli, müharibəni dayandırmaq indi təkcə Putin və Zelenskidən asılı deyil. Əksinə, daha çox lazım olan Qərbin məkrli oyununa son qoymaqdır. Bunun üçün, bəlkə də, Qərbin Kiyevə silah göndərməyinin dayandırılması məqbul variantdır. Hərçənd belə olan halda Moskvanın da mövcud durumdan sui- istifadə etməyəcəyinə və danışıqlar masası arxasına oturacağına əmin olmaq lazımdır. Hər halda Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun da dediyi kimi, artıq soyuq savaş başlayıb. Bu isə o deməkdir ki, müharibə iştirakçıları üzdə göründüyündən daha çoxdur.
Yəqin ki, qarşıdakı günlərdə Ərdoğan elan etdiyi kimi, həmkarları ilə danışacaq və onları İstanbula dəvət edəcək. Nəzəri baxımdan dövlət başçılarının üçtərəfli görüşü mümkündür. Hər halda həm Putin, həm də Zelenski İstanbul formatının indiyə qədərki müzakirələr arasında ən uğurlu olduğunu etiraf ediblər. Həmçinin nəzərə almaq lazımdır ki, Zelenski rusiyalı həmkarı ilə görüşə hazır olduğunu bir neçə dəfə bəyan edib. Rusiyalı rəsmilər isə məqsədlərinə çatanadək, “xüsusi əməliyyatlar”ın davam edəcəyini söyləməklə yanaşı, həm də belə bir görüşdən imtina etmədiklərini vurğulayıblar.
Bir müddət əvvəl rəsmi Moskva Kiyevi İstanbul görüşünün şərtlərinə əməl etməməkdə ittiham etmişdi. Bu məqama istinad etsək, Putinin Ərdoğandan tələblərinin daha konkret və ciddi olacağını proqnozlaşdırmaq mümkündür. Zelinskinin şərtləri isə məlumdur: rus ordusunun Ukraynadan çıxması, müvəqqəti işğal olunmuş ərazilərdə suverenliyin bərpası.
Amma indi nəzərə alınmalı ən mühüm məqamlardan biri də Buça hadisələridir. Bu, Kiyevin “əlini gücləndirən” faktordur.
Liderlerin telefon danışıqlarından sonra üçtərəfli görüşün gündəmə gəlməsi və ardınca prezidentlərin Türkiyədə görüşmələri mümkündür. Hərçənd Qərb buna mane olmaq üçün əlindən gələni edəcək. Türkiyə XİN başçısı Mövlud Çavuşoğlunun da dediyi kimi, NATO daxilində müharibənin uzanmasında maraqlı olan dövlətlər var. Bu isə o deməkdir ki, Türkiyə tərəflər üçün “tuneldən əvvəlki son çıxışdır”. Əgər liderlər diplomatik masa arxasına oturmasalar və bir- birilərinə güzəştə getməsələr ikisi də uduzacaq, qazanan Qərb olacaq.
Kənan NovruzovKafkassam

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir