Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova sabah ABŞ dövlət katibi Entoni Blinkenlə Rusiya xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığının olacağını deyib. Belə bir təmas artıq zərurətə çevrilmişdi. Çünki Moskva və Vaşinqton arasında münasibətlər tədricən daha da ziddiyyətləşməkdədir. Bunu tərəflərin bir- birinə qarşı xəbərdarlıqları da təsdiqləyir. Maraqlıdır ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Zaxarovanın sözügedən açıqlamanı verdiyi gün növbəti bəyanatla çıxış edib. O, söyləyib ki, Vaşinqton və onun Avropadakı müttəfiqləri Ukrayna ətrafında gərginliyi artırmaqdan əl çəkməlidir.
Şübhəsiz, sabahkı telefon danışığında Ukrayna ətrafındakı vəziyyət müzakirə olunacaq. Rusiya bunu nə qədər biruzə verməməyə çalışsa da, ABŞ- ın fəallığından, o cümlədən Şərqi Avropaya qoşun yığmasında narahatdır. Əvvəllər də dediyimiz kimi, Vaşinqton Kiyev “kartından” Moskvaya qarşı təsir mexanizmi kimi istifadə edir. Kremlin vəziyyəti getdikcə ağırlaşır. Sabahkı telefon danışığının nəticəsi ilə bağlı iki ehtimal var. Əgər diplomatlar arasında razılıq əldə olunsa, Ukrayna ətrafındakı gərginlik azala bilər. Bunun əvəzində isə ABŞ Rusiyadan Çinə qarşı istifadə etməyə çalışacaq. Yox, razılıq əldə olunmasa, böhranlı vəziyyət davam edəcək. Hətta gələcəkdə ABŞ- ın Rusiyaya qarşı təzyiq alətlərinin artması üçün “Taliban”dan istifadə etməsi də istisna deyil.
Fikrimcə, birinci ssenari ilə bağlı ehtimal daha çoxdur. Çünki Rusiya “ağrımayan başına duz sarımaq” istəməz.
Onu da deyək ki, telefon danışığının nəticəsi Ukrayna Prezidenti Vladimir Zelenskinin Rusiyaya səfər edib- etməyəcəyini və səfər edəcəyi təqdirdə nələrin müzakirə olunacağını müəyyənləşdirəcək.
Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti
Kənan Novruzov
Kənan Novruzov: Lavrovla Blinken arasındakı telefon danışığının nəticəsi ilə bağlı iki ehtimal var
398 0
Kafkassam Editör
Yeni bir dünyaya uyanmak, dünyayı yeniden okumak isteyenler için, söylenecek sözü olanlar için merkezi Ankara’da olan KAFKASSAM’ı kurduk. Erivan, Bakü, Tiflis, Tebriz, Grozni, Moskova, Mahaçkale, Nazrin, Nalçik, Saratov, Ufa ve Sochi’de ofislerimiz temsilcilerimiz var. Kafkassam genelde kafkasya çalışmak için kuruldu Kafkasya genelinde çalışır. Ermenice Rusça Gürcüce İngilizce dillerinde yayın yapan kafkassam genç akademisyen ve stratejistlerle çalışmaya özen gösterir. KAFKASSAM’ın internet sitesi 2 Ocak 2010’da yayına girdi. İnternet sitesinde Kafkasya’daki ülkeler ve Türkiye ile ilişkileri hakkında makaleler, ropörtajlar, analizler ve yorumlara yer verilmektedir.