Dövlət Sərhəd Xidmətinin (DSX) ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulub.
Qeyd olunub ki, bu, 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata zidd olaraq Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması məqsədilə və Ermənistan tərəfindən aprelin 22-də birtərəfli qaydada Azərbaycan ilə sərhəddə Laçın-Xankəndi yolunun girişində nəzarət buraxılış məntəqəsinin qurulmasına cavabdır.
Həmçinin qeyd olunub ki, Rusiya sülhməramlı kontingenti və Rusiya-Türkiyə Monitorinq Mərkəzinin komandanlıqlarına da bu barədə məlumat verilib.
Azərbaycanlı ekofəalların dinc etiraz aksiyası keçirdiyi ərazidə postun qurulması əslində çoxdan gözlənilirdi. Ermənilərin qanunsuz əməllərina cavab olaraq gec – tez bu addım atılmalı idi.
Azərbaycan Xarici İşlər Nazirliyi məsələyə münasibət bildirərkən vurğulayıb ki, sərhəd – keçid məntəqəsi Ermənistanın sui-istifadə halları səbəbindən qurulub. Həmçinin qeyd olunub ki, ehtimal edilən təhdid və təxribatlar nəzərə alınaraq məntəqə təsis edilib. Nazirlikdən verilən məlumata görə, Qarabağda yaşayan ermənilərin hər iki tərəfə təhlükəsiz keçidi təmin olunacaq.
Belə qənaətə gəlmək olar ki, sərhəd – keçid məntəqəsinin yaradılması həm də preventiv addımdır. Şübhəsiz ki, xüsusilə son zamanlar intensivləşən qanunsuz əməllər, o cümlədən separatçılara silah daşınması bundan sonra da davam edə bilər. Təcrübə göstərir ki, qarşı tərəf xəbərdarlıqlardan dərs çıxarmaq istəmir. Həmçinin ərazidə təhlükəsizliyin təmin olunmasına görə məsuliyyət daşıyan rus sülhməramlıları da ermənilərə “gözün üstündə qaşın var” demirlər və demək istəmirlər. Deməli, yenə də öz işimizi özümüz görməliyik. Bu mənada sərhəd – buraxılış məntəqəsinin yaradılması xüsusi əhəmiyyətə malikdir. Beləliklə, biz haqlı olaraq separatçılarının “nəfəsliyini” bağladıq. Bu isə o deməkdir ki, bundan sonra qanunsuz əməllər xeyli məhdudlaşacaq. Ermənilər bunu istəsə də, istəməsə də.
Bundan sonra nələr ola bilər? Birincisi, yəqin ki, daha ekofəalların aksiyasına ehtiyac qalmayacaq. İkincisi, gələcəkdə ərazidə digər dövlət qurumlarının, o cümlədən post – patrul xidmətinin də postları qurula bilər. Üçüncüsü, ermənilər və Qarabağdakı separatçılar məntəqənin qurulmasına “cavab olaraq” təxribatlarının intensivləşdirə bilərlər. Dördüncüsü, ehtimal edilən təxribatlarla bağlı olaraq yeni gərginliyin yaranması, o cümlədən anti – terror əməliyyatının başlanması mümkündür.
Nəzarət – buraxılış məntəqəsinin yaradılması rəsmi Bakının növbəti və kifayət qədər ciddi uğurudur. Bu, təkcə Ermənistana yox, eləcə də digər regional aktorlara Qarabağın Azərbaycanın suverenliyi daxilində olduğuna, oradakı bütün proseslərin bizim daxili işimiz olduğuna dair mesajdır. Hər kəs bilməlidir ki, Qarabağın təhlükəsizliyi bizi birbaşa maraqlandırır və Azərbaycan lazımi tədbirlərə görməyə hazırdır.
Düşünürəm ki, hər kəs- həm İrəvən, həm də onu təhrik edənlər bu nəticədən və verilən ismarışdan dərs çıxarmalıdırlar. Əks halda növbəti addımlar daha kəskin ola bilər.
Kənan Novruzov
- Anasayfa
- »
- Azerbaycan
- »
- Kənan Novruzov: Laçın – Xankəndi yolunda sərhəd- buraxılış məntəqəsi quruldu: Növbəti addımlar nə ola bilər?
Kənan Novruzov: Laçın – Xankəndi yolunda sərhəd- buraxılış məntəqəsi quruldu: Növbəti addımlar nə ola bilər?
247 0
Kafkassam Editör
Yeni bir dünyaya uyanmak, dünyayı yeniden okumak isteyenler için, söylenecek sözü olanlar için merkezi Ankara’da olan KAFKASSAM’ı kurduk. Erivan, Bakü, Tiflis, Tebriz, Grozni, Moskova, Mahaçkale, Nazrin, Nalçik, Saratov, Ufa ve Sochi’de ofislerimiz temsilcilerimiz var. Kafkassam genelde kafkasya çalışmak için kuruldu Kafkasya genelinde çalışır. Ermenice Rusça Gürcüce İngilizce dillerinde yayın yapan kafkassam genç akademisyen ve stratejistlerle çalışmaya özen gösterir. KAFKASSAM’ın internet sitesi 2 Ocak 2010’da yayına girdi. İnternet sitesinde Kafkasya’daki ülkeler ve Türkiye ile ilişkileri hakkında makaleler, ropörtajlar, analizler ve yorumlara yer verilmektedir.