Fransada prezidentliyə əsas namizəd Valeri Pekress Xankəndiyə səfər edib. Bu, regional mediada haqlı olaraq ciddi əks- səda yaratdı. İlk növbədə ona görə ki, sözügedən səfər qanunsuzdur. Pekressinin Qarabağa səfərinin siyasi avantüra, erməni lobbisinin puluna və dəstəyinə hesablanmış addım olması çoxlarına məlumdur.
Əlbəttə, bundan sonra rəsmi Parislə İrəvan arasındakı münasibətlərdə ziddiyyətlərin yaranması qətiyyən istisna deyil. Çünki səfər qeyri- rəsmidir. Fransa hakimiyyətinin mövqeyini ifadə etmir. Və Valeri Pekress hazırkı prezident Emmanuel Makronun real rəqibidir. Bu isə o deməkdir ki, baş nazir Nikol Paşinyan Pekressi ilə münasibətlər fonunda Makrona badalaq vurdu, onu pis vəziyyətdə qoydu. Şübhəsiz, Makron gələcək siyasətində bunu nəzərə alacaq. O, Paşinyanı cəzalandıra bilər. Ən azından əlaqələrin daha da inkişaf etməsinə mane olmaqdan ötrü əlindən gələni edəcək. Bir sözlə, Paşinyanı “qaş düzəldərkən göz çıxardı”.
İkinci mühüm məsələ rus sülhməramlıların qanunsuz səfərə göz yummalarıdır. Əslində onlar funksiyalarına uyğun olaraq belə halların qarşısını almalıdırlar. Sirr deyil ki, bu, ilk belə hal deyil. Əvvəllər də oxşar səfərlər olub. Sülhməramlıların vəzifələrini yerinə yetirmədiklərini dəfələrlə görmüşük. Odur ki, Moskvaya narazılığımızı bildirməliyik. Biz bunu etmədikcə rusların Qarabağdakı pozuntuları davam edəcək. İkinci bir tərəfdən, baş verən proseslər, o cümlədən Pekressinin qanunsuz səfəri Laçın dəhlizini nəzarətə götürməyimizin nə qədər vacib olduğunu bir daha təsdiqləyir. Laçın dəhlizi bağlanmadıqca qanunsuz səfərlər də, üçüncü qüvvələrin əsəblərimizlə oynaması da davam edəcək.
Kənan Novruzov Kafkassam
- Anasayfa
- »
- Azerbaycan
- »
- Kənan Novruzov: Laçın dəhlizi bağlanmadıqca əsəblərimizlə çox oynayacaqlar
Kənan Novruzov: Laçın dəhlizi bağlanmadıqca əsəblərimizlə çox oynayacaqlar
247 0

Kafkassam Editör
Yeni bir dünyaya uyanmak, dünyayı yeniden okumak isteyenler için, söylenecek sözü olanlar için merkezi Ankara’da olan KAFKASSAM’ı kurduk. Erivan, Bakü, Tiflis, Tebriz, Grozni, Moskova, Mahaçkale, Nazrin, Nalçik, Saratov, Ufa ve Sochi’de ofislerimiz temsilcilerimiz var. Kafkassam genelde kafkasya çalışmak için kuruldu Kafkasya genelinde çalışır. Ermenice Rusça Gürcüce İngilizce dillerinde yayın yapan kafkassam genç akademisyen ve stratejistlerle çalışmaya özen gösterir. KAFKASSAM’ın internet sitesi 2 Ocak 2010’da yayına girdi. İnternet sitesinde Kafkasya’daki ülkeler ve Türkiye ile ilişkileri hakkında makaleler, ropörtajlar, analizler ve yorumlara yer verilmektedir.