KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Kənan Novruzov: Krım körpüsü darmadağın edilir: Rusiyanın “onurğa sütunu” sınır

Kənan Novruzov: Krım körpüsü darmadağın edilir: Rusiyanın “onurğa sütunu” sınır

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
193 0

Ukraynanın müdafiə naziri Oleksey Reznikov deyib ki, Krım körpüsü gələcəkdə də vurulacaq. Onun sözlərinə, Ukrayna ordusu strateji əhəmiyyətli bu obyekti hədəf almaqda davam edəcək.

Məlum olduğu kimi, Krım körpüsü artıq bir neçə vurulub. Bu, Rusiya üçün ağır zərbədir. Belə ki, qondarma respublika ilə Rusiya arasında əlaqə kəsilməklə yanaşı, eyni zamanda yollar bağlanır, uzun tıxaclar yaranır. Bu, Rusiya üçün həm də iqtisadi ziyandır. Hər dəfə körpünün bərpasına külli miqdarda vəsait lazım olur.

Bundan başqa, körpünün vurulması psixoloji əhəmiyyətlidir. Belə ki, bu, Rusiya ordusunda inamsızlıq yaratmaqla yanaşı, eyni zamanda xüsusilə yarımadada yaşayan insanlarda Kremlə qarşı inamsızlıq və narazılıq yaradır. Onlar özlərini daha təhlükəsiz hiss edə bilmirlər. Və başa düşürlər ki, oxşar hücumlar təkrarlanacaq. Nəticədə əhali Krımdan çıxır. Bu isə Ukraynanın yarımada ilə bağlı gələcək həmlələrinə şərait yaradır.

Körpünün dəfələrlə vurulması həm də Ukrayna ordusunun israrından xəbər verir. Bu, Rusiyanın özünə olan inamını daha da azaldır.

Ümumiyyətlə, çox güman, körpüyə hücumlar bundan sonra da davam edəcək. Bu isə təkcə taktiki yox, həm də strateji məqsədidir.

Şübhəsiz ki, Ukrayna bir neçə istiqamətdə işini davam etdirir. Bir çox hallarda Rusiyanın başı Krımdakı vəziyyətə qarışır və Ukrayna digər istiqamətlərdə irəliləyir.
Kənan Novruzov

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir