KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Kənan Novruzov: Kiyevin Aİ-yə üzvlüyü faktiki olaraq siyasi alış-veriş məsələsinə çevrilib

Kənan Novruzov: Kiyevin Aİ-yə üzvlüyü faktiki olaraq siyasi alış-veriş məsələsinə çevrilib

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
148 0

Ukraynanın Baş naziri Denis Şmıqal deyib ki, ölkəsi iki il ərzində Avropa İttifaqına (Aİ) üzv olmağa tam hazır olacaq. O bildirib ki, rəsmi Kiyev bunun üçün səy göstərir: “Biz prosesin ləngidilməsi ilə razılaşmayacağıq. Bu, bütün ukraynalılar üçün çox vacibdir. Əminəm ki, iki il ərzində Aİ-nin bir hissəsi olmağa tam hazır vəziyyətə gələcəyik”.
Baş nazir həmçinin bildirib ki, Ukrayna üzvlük üçün Avropa Komissiyasının irəli sürdüyü 7 şərtin hər birini yerinə yetirib.
Məlum olduğu kimi, Ukrayna ötən il Aİ-yə üzvlüyə namizəd statusu alıb.
Kimsəyə sirr deyil ki, rəsmi Kiyevin Aİ-yə üzvlük məsələsi əhəmiyyətli dərəcədə hazırda Şərqi Avropada davam edən müharibənin nəticəsindən asılıdır. Müharibə bitənədək Ukrayna quruma üzv ola bilməyəcək. Bu, aydındır.
Sözsüz ki, davam edən müzakirələr həm də rəsmi Kiyevi stimullaşdırmaq, həvəsləndirmək üçündür. Çünki Avropa müharibənin dayanmasını istəmir.
Əvvəl də dediyimiz kimi, üfüqdə sülh görünmür. Ayrı- ayrı rəsmilərin verdikləri açıqlamalar da göstərir ki, savaş yaxın zamanda başa çatmayacaq. Ukraynanın Aİ-yə üzvlüyü ancaq bu qurumun müharibə ilə maraqlarının təmin olunacağı halda mümkün olacaq. Beləliklə, Kiyevin Aİ-yə üzvlüyü faktiki olaraq siyasi alış-veriş məsələsinə çevrilib.
Ukrayna məğlub olarsa, Aİ-yə üzvlük məsələsi ümumiyyətlə, unudulacaq.
Kiyevin qalib gəlməsi üçün Qərbin ciddi dəstəyinə ehtiyac var. Hazırkı dəstəklə nəyəsə nail olmaq mümkün deyil. Hərbi yardımların bu günkü səviyyəsi sadəcə müqavimət üçün kifayətdir və savaşın uzanmasına xidmət edir. Qərb, həqiqətən, Ukraynanın qalib gəlməsini istəyirsə, dəstəyi artırmalıdır.
Üçüncü ssenari isə Ukraynanın parçalanmasıdır. Bir çox ekspert bu ehtimalı mümkün hesab edir. Onların fikrincə, gələcəkdə Ukrayna torpaqlarının bir hissəsindən Rusiyanın xeyrinə imtina etməli olacaq. Bundan sonra isə ölkə Aİ-nin üzvünü çevriləcək.
Əlbəttə, proseslərlə bağlı dəqiq proqnoz vermək çətindir. Amma o dəqiqdir ki, Ukraynanın Aİ-yə üzv olmasına hələ çox var.
Kənan Novruzov

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir