KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Kənan Novruzov: Kerç körpüsü vuruldu: növbəti addım nə olacaq?

Kənan Novruzov: Kerç körpüsü vuruldu: növbəti addım nə olacaq?

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
273 0

Rusiyanı Krım yarımadasına birləşdirən Kerç körpüsü dünən dağıdılıb. Hadisə nəticəsində bir neçə nəfərin öldüyü bildirilir. Partlayışın Ukrayna Silahlı Qüvvələrinin törətdiyi hələ ki, təsdiqlənməyib. Amma Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixaylo Podolyak deyib ki, bu, hələ başlanğıcdır, Rusiyanın bütün qanunsuz obyektləri məhv edilməlidir. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova isə bildirib ki, bu bəyanat partlayışın terror kimi səciyyələnməsinə dəlalət edir.
Əslində Kerç körpüsünün vurulması gözlənilən idi. Podolyak hələ iki əvvəl bu barədə anons vermişdi. Nəzərə almaq lazımdır ki, sözügedən obyekt Moskva üçün strateji əhəmiyyət kəsb edir. Yarımadaya əsas silah təminatı məhz bu körpü vasitəsilə həyata keçirilirdi. Şübhəsiz ki, bundan sonra Krıma silah təminatında ciddi çətinliklər meydana çıxacaq.
Kerç körpüsünün Kreml rəhbərliyinin nüvə şantajından və Rusiya Prezidenti Vladimir Putinin 70 illik yubileyindən bir gün partladılmasını təsadüfi hesab etmirəm.
Çox böyük ehtimalla körpünü, doğrudan da, Ukrayna ordusu vurub. Və bu məsələdə ABŞ -ın əlinin olduğu istisna deyil. Onsuz da ABŞ hərbi elitası Ukraynadakı müharibədə bu və ya digər formada rol oynayır. Özü də bu fəaliyyət təkcə hərbi deyil, həm də siyasi xarakter daşıyır.
Fikrimcə, prosesin davamı gələcək. Əks halda Kiyev belə riskli addım atmazdı. Nəzərə almaq lazımdır ki, bu yaxınlarda Kreml rəhbəri Donetsk, Xerson, Luqansk, Zaporojye kimi vilayətlərin Rusiyaya birləşdiyini elan etdi və bunu təsdiqlədi. Əlbəttə, Ukrayna bu separat addıma səssiz yanaşa bilməzdi.
Yaxın günlərdə Ukrayna ordusunun Krım istiqamətində əks- hücum əməliyyatlarına başlaması tamamilə mümkündür. Bunun fonunda Rusiya Müdafiə Nazirliyi ilə bağlı onsuz da mövcud olan tənqidlər arta bilər. Eyni zamanda Putinin nüvə silahından istifadə ehtimalı da getdikcə reallığa çevrilir. Çünki Ukraynanın əks – hücum əməliyyatları, o cümlədən Kerç körpüsünün vurulması Rusiyanı qıcıqlandırır.
Əlbəttə, Rusiya nüvə silahını tətbiq edərsə, bunun əsas səbəbkarı ABŞ və müttəfiqləri olacaq. Əgər onlar istəsə idilər, gərginliyin daha da artmasının qarşısını ala bilərdilər. Hətta düşünmək olar ki, Qərb Kremli nüvə silahından istifadəyə məcbur etmək istəyir. Məqsəd isə bundan sonra Rusiyaya sonuncu- sarsıdıcı zərbənin vurulmasıdır.
Ukrayna Prezidenti Volodimir Zelenski bir neçə gün əvvəl Putinlə danışıqların olmayacağına dair sərəncam imzalamışdı. Görünür, həqiqətən, Kiyevlə Vaşinqton arasında ciddi məsləhətləşmələr gedir. Ola bilsin, Ağ ev Putinin devrilməsinə çalışır. Hər halda Zelenski bu qədər arxayın və inamlı addımlar atırsa, deməli, inandığı güc var.
Yaxın günlərdə Şərqi Avropada durumun daha da gərginləşəcəyi gözlənilir. ABŞ Ukrayna vasitəsilə Rusiyanı sıxışdırır. Bu, Ukrayna üçün böyük uğur, nüvə silahının tətbiqi ehtimalının artdığına görə dünya üçün ciddi təhlükə vəd edir.
Kənan Novruzov Kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir