KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Kənan Novruzov: İsrail Rəfahda əməliyyatlara başlayır: Yaxın Şərqdə “daş daş üstündə qalmayacaq”

Kənan Novruzov: İsrail Rəfahda əməliyyatlara başlayır: Yaxın Şərqdə “daş daş üstündə qalmayacaq”

Kafkassam Editör Kafkassam Editör - - 8 dk okuma süresi
164 0

İsrailin Müdafiə Ordusunun rəsmi nümayəndəsi Daniel Haqari brifinqdə bildirib ki, İsrail hərbçiləri Qəzza zolağının Misirlə sərhədindəki Rəfah şəhərində planlaşdırılan əməliyyatlar üçün kifayət qədər sursat ehtiyatına malikdirlər.

“İsrail Müdafiə Ordusunda planlaşdırılan missiyalar üçün sursat var, o cümlədən Rəfahdakı missiyalar üçün lazım olan hər şey mövcuddur”, – o, ABŞ-nin İsrailə hərbi tədarükü məhdudlaşdırmaq planları ilə bağlı sualı cavablandırarkən deyib.

Haqari həmçinin qeyd edib ki, Amerika Birləşmiş Ştatları bu günə qədər İsrail dövlətinə və onun ordusuna müharibə zamanı görünməmiş təhlükəsizlik yardımı göstərib. Hərbçilərin nümayəndəsinin sözlərinə görə, İsrail ordusunun Baş Qərargah rəisi Hersi Halevi ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının komandanı Maykl Kurilla ilə daim təmasdadır. “Aramızda fikir ayrılıqları olsa belə, onları bağlı qapılar arxasında həll edirik. İsrail dövlətinin təhlükəsizlik sahəsində maraqları var və biz də ABŞ-nin maraqlarına diqqət yetiririk, buna görə də fəaliyyətə davam edəcəyik”, – Haqari deyib.

İsrailin Rəfahda əməliyyata başlaması bir neçə gündür gündəmdədir. Hətta daha əvvəl bu əməliyyata start verilməsi barədə iddia səslənmişdi. Bəlkə də, artıq əməliyyat başlayıb.
Əlbəttə, bu əməliyyatlar Yaxın Şərqdə daha ciddi eskalasiya deməkdir. Rəfahda başlanan əməliyyatlar region üçün geri dönüşü olmayan yoldur. Sözsüz, Qərb də bunu başa düşür.
İkinci bir tərəfdən, Yaxın Şərqdəki vəziyyət, o cümlədən Rəfahdakı əməliyyatlarla bağlı Türkiyənin çox konkret mövqeyi var.

Perspektivdə Türkiyənin prosesə hərbi müdaxiləsi də istisna deyil. Bunu ABŞ da bilir.
D.Haqarinin açıqlamasında diqqət çəkən başqa bir məqam Vaşinqtonla Təl- Əviv arasındakı münasibətlərlə bağlıdır. Belə ki, son vaxtlar iki dövlət arasında fikir ayrılıqları aydın hiss olunur. Hətta ABŞ bu günlərdə İsrailə dəstəyi dayandıra biləcəyi barədə xəbərdarlıq etmişdi.
İsrail rəsmisi də ABŞ-la olan ziddiyyəti artıq etiraf edir. Çox güman, bu ziddiyyətin əsas səbəbi Rəfahla bağlı əməliyyatlardır. Vaşinqtonun bu əməliyyata qarşı olduğu görünür.

Yaxın Şərqdəki vəziyyət, o cümlədən Rəfahdakı əməliyyatlarla bağlı Türkiyənin çox konkret mövqeyi var. Perspektivdə Türkiyənin prosesə hərbi müdaxiləsi də istisna deyil. Bunu ABŞ da bilir.

Ola bilsin, ABŞ Türkiyə ilə münasibətləri daha çox gərginləşdirməkdən narahatdır. Ona görə ehtiyatlı davranır.

Hər halda ABŞ-ın gələcəkdə İsrailə dəstəyi azaltması mümkündür. Mümkündür ki, bu, həm də daxildəki prezident seçkiləri ilə bağlıdır. Çünki prezident seçkilərinin yaxınlaşdığı bir vaxtda mövcud iqtidarın kifayət qədər maliyyə vəsaitinə ehtiyacı var.

Üstəgəl, Ukraynada və digər regionlarda müşahidə olunanlar onu deməyə əsas verir ki, ABŞ eyni “kartı” Yaxın Şərqdə də oynaya bilər.
Yəqin ki, İsrail Rəfahda əməliyyatlara başlayacaq. Bu isə Yaxın Şərqdəki vəziyyəti daha da gərginləşdirəcək.

Yaxın Şərqin Rəfah sınağı: ABŞ İsraili də tək qoyur?
ABŞ Prezidenti Cozef Bayden CNN-ə müsahibəsində söyləyib ki, İsrail hərbçiləri Qəzzanın cənubundakı Rəfah şəhərində əməliyyata başlayarsa, ABŞ İsrailə silah tədarükünə son qoyacaq.
“Açıq şəkildə bildirdim ki, əgər onlar Rəfaha girsələr – ki hələ Rəfaha girməyiblər – əgər Rəfaha girsələr, silah tədarük etməyəcəyəm”, – o deyib.
Hava hücumundan müdafiə kontekstində danışan dövlət başçısı “Dəmir qübbə” baxımından İsrailin təhlükəsizliyini təmin etməyə davam edəcəklərini vurğulasa da, silah və artilleriya mərmisi verməyəcəklərini diqqətə çatdırıb.
Bununla belə, Baydenin fikrincə, İsrail sözügedən münaqişədə qırmızı xətti keçməyib və Rəfahda əməliyyata başlamayıb.
Xarici KİV mayın 5-də ABŞ-nin İsrailə sursat tədarükünü dayandırdığını iddia etmişdi.
Vaşinqtonla Təl- Əviv arasında münasibətlər son vaxtlar pisləşir. Hərçənd ki, Yaxın Şərqdə İsraillə HƏMAS arasında başlanan müharibənin ilk vaxtlarında Qərb, xüsusilə ABŞ İsrailə ciddi dəstəyini ifadə edirdi.
Rəsmi Vaşinqtonun Yaxın Şərqlə bağlı hazırkı ritorikası bu dövlətin Şərqi Avropada etdiklərini xatırladır. Belə ki, bir zamanlar Ukraynanın arxasında olduğunu böyük canfəşanlıqla “hayqıran” ABŞ indi ən kritik anda “əlini Kiyevin çiyninə qoyur”.
Ümumiyyətlə, bu, Ağ Ev üçün artıq bir növ “işlənmiş kartdır”. ABŞ müxtəlif regionlarda özünün maraqlarını təmin etmək, təsir gücünü artırmaq üçün əvvəlcə proksiləri vasitəsilə “oyun qurur”, sonra da həmin dövlətin arxasından çəkilir. Yeri gəlmişkən, xatırladaq ki, biz bu gün eyni ssenarini Cənubi Qafqazda da görməkdəyik. Xüsusilə Vaşinqton və Paris rəsmi İrəvan vasitəsilə regionda “suları bulandırmağa”, sülh gündəliyini unutdurmağa çalışır.
İsrailin Rəfahda əməliyyata başlaması bir neçə gündür gündəmdədir. Hətta daha əvvəl bu əməliyyata start verilməsi barədə iddia səslənmişdi. Bəlkə də, artıq əməliyyat başlayıb.
Əlbəttə, bu əməliyyatlar Yaxın Şərqdə daha ciddi eskalasiya deməkdir. Rəfahda başlanan əməliyyatlar region üçün geri dönüşü olmayan yoldur. Əlbəttə, Qərb də bunu başa düşür.
İkinci bir tərəfdən, Yaxın Şərqdəki vəziyyət, o cümlədən Rəfahdakı əməliyyatlarla bağlı Türkiyənin çox konkret mövqeyi var. Perspektivdə Türkiyənin prosesə hərbi müdaxiləsi də istisna deyil. Bunu ABŞ da bilir.
Ola bilsin, ABŞ Türkiyə ilə münasibətləri daha çox gərginləşdirməkdən narahatdır. Ona görə ehtiyatlı davranır.
Hər halda ABŞ-ın gələcəkdə İsrailə dəstəyi azaltması mümkündür. Mümkündür ki, bu, həm də daxildəki prezident seçkiləri ilə bağlıdır. Çünki prezident seçkilərinin yaxınlaşdığı bir vaxtda mövcud iqtidarın kifayət qədər maliyyə vəsaitinə ehtiyacı var.
Üstəgəl, Ukraynada və digər regionlarda müşahidə olunanlar onu deməyə əsas verir ki, ABŞ eyni “kartı” Yaxın Şərqdə də oynaya bilər.

Kənan Novruzov, “Report” İA- nın əməkdaşı, siyasi şərhçi

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir