KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Kənan Novruzov: İsrail prezidenti “döngədə atları dəyişir?”- Hökumətdə “yarpaq tökümü”

Kənan Novruzov: İsrail prezidenti “döngədə atları dəyişir?”- Hökumətdə “yarpaq tökümü”

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
24 0

 

“The Times of Israel” qəzeti “Walla News”un müxbiri Tal Şalevə istinadən məlumat yayıb ki, İsrailin Baş naziri Benyamin Netanyahu ölkənin müdafiə naziri Yoav Qalantı, Silahlı Qüvvələrin Baş Qərargah rəisi Herz Halevini və Baş Təhlükəsizlik Xidmətinin (Şin Bet əks-kəşfiyyat agentliyi) rəhbəri Ronen Barı istefaya göndərməyi planlaşdırırır. Onun sözlərinə görə, Netanyahu Qalantı ABŞ-yə səfərindən sonra istefaya göndərmək istəsə də, bu qərarın icrası “Hizbullah”ın Məcdəl Şəmsə hücumu və HƏMAS lideri və “Hizbullah”ın hərbi qanadının liderinin öldürülməsi səbəbindən təxirə salınıb.
Jurnalist əlavə edib ki, Netanyahuya yaxın mənbələrin sözlərinə görə, Baş nazir İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Herzi Halevini və Şin Betin rəhbəri Ronen Barı da istefaya göndərməyi planlaşdırır.
Onun sözlərinə görə, bu cür addımların atılmasında məqsəd oktyabrın 7-də HƏMAS tərəfindən girov götürülmüş şəxslərin qaytarılması ilə bağlı Netanyahunun danışıqlar aparmasına qarşı etirazı aradan qaldırmaqdır.

Əslində Yaxın Şərqdəki hazırkı durum İsrailin təxmin etdiyindən daha çətin oldu. Yəqin ki, Təl- Əvivin hesablamalarında müəyyən xətalar oldu. Məsələ burasındadır ki, İsrailə qarşı koalisiya getdikcə güclənir. Bu, perspektivdə İsrail üçün daha böyük çətinliklər yarada bilər.
Əlbəttə, bütün bunlar İsrail daxilində reaksiyalara səbəb olmaqla yanaşı, həm də bu ölkənin prioritetlərini dəyişir. Nəzərə almaq lazımdır ki, indi İsrailə qarşı təhdidlər əvvəlkinə nisbətən daha çoxdur.
HƏMAS lideri İsmayıl Haniyənin İranın öldürülməsindən sonra Tehranla Təl- Əviv birbaşa hərbi toqquşma ehtimalı daha da artıb. Fransanın öz vətəndaşlarına İranı tərk etmə barədə çağırışı, habelə İran rəsmilərinin xəbərdarlıqları belə düşünməyə əsas verir. Bu isə dediyimiz kimi, İsrailin təhlükəsizlik, müdafiə və lazım gələrsə xarici siyasət kursunda müəyyən fərqli addımların atılmasını nəzərdə tutur. Çox güman, mümkün kadr dəyişikliyi də məhz bu zərurətin təzahürüdür.
Üstəgəl, ola bilsin, hazırkı kadrların bəziləri Netanyahunun siyasətinə qarşıdır. Mümkündür ki, elə buna görə də hərbi -siyasi elitada müəyyən ziddiyət yaranıb. Və prezident adı çəkilən səlahiyyətli şəxsləri yeniləri ilə əvəz etmək istəyir.
Nəzərə almaq ki, adətən ölkənin milli təhlükəsizlik, müdafiə və xarici siyasəti ilə bağlı böhranlar yarananda bu, daxildəki hərbi- siyasi elitaya da siraət edir.
Bununla belə, adı çəkilən şəxslərin yaxın vaxtda istefaya göndəriləcəyi inandırıcı görünmür. Birincisi, ona görə ki, bu, hələ iddiadır. İkincisi isə həmin şəxslərin istefaya göndərilməsi üçün əvvəlcə yerlərinə uyğun kadrlar tapılmalıdır. Üçüncüsü isə mümkün kütləvi istefalar daxili hərbi – siyasi elitada hakimiyyətə qarşı narazılığa səbəb olar. İsrail iqtidarının hazırkı situasiyada buna gedəcəyi ağlabatan görünmür.
Kənan Novruzov, siyasi şərhçi, “Report” İA- nın əməkdaşı

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir