KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Kənan Novruzov: İranın Yaxın Şərq sınağı: Azərbaycan nə edəcək?

Kənan Novruzov: İranın Yaxın Şərq sınağı: Azərbaycan nə edəcək?

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
94 0

İran Prezidenti Məsud Pezeşkian İsrailin ölkəsinə mümkün hücumu barədə danışıb. O, söyləyib ki, İran İsrailin mümkün istənilən hücumuna anındaca uyğun cavab verəcək.
Məlum olduğu kimi, Yaxın Şərqdə vəziyyət kifayət qədər gərgindir. İranla İsrail arasında müharibənin başlanması və bununla əlaqədər eskalasiyasının miqyasının genişlənməsi, demək olar, an məsələsidir.
Mövcud mənzərə onu deməyə əsas verir ki, Yaxın Şərqdə Şərqi Avropa ssenarisi təkrarlanır. Belə ki, Rusiyanı Ukraynanın əli ilə müharibəyə çəkən Qərb indi eyni İsrail vasitəsilə İranı savaşa çəkmək istəyir. Rəsmi Tehran getdikcə təhrik edilir.
İran hakimiyyəti baş verənlərin fərqindədir. Ona görə də təmkinli, soyuqqanlı davranır. Məsələ burasındadır ki, İranın müharibəyə qoşulması ciddi risklər vəd edir.
Əgər İran, doğrudan da, müharibəyə hazır olsa idi, fikrimizcə, çoxdan daha ciddi addımlar atmış olardı.
İran rəsmilərinin, o cümlədən prezidentin müharibəyə hazır olmaqla bağlı açıqlamaları hər şeydən əvvəl daxili və beynəlxalq ictimai rəyi formalaşdırmağa hesablanıb. Rəsmi Tehran öz xalqını inandırmaq istəyir ki, dövlət bütün ssenarilərə hazırdır və təhlükəsizlik üçün hansısa təhdid yoxdur.
Bundan başqa, İran həm də İsrail və ona dəstək olan qüvvələri eskalasiyanın genişlənməsindən çəkindirmək istəyir. Hərçənd nə İsrail, nə də onun arxasındakı güclər dayanana oxşayır.
Artan təhdidlər fonunda İran həm şərq müttəfiqləri- xüsusilə Rusiya, həm də müsəlman dövlətləri ilə əməkdaşlığı gücləndirməyə və perspektivdə onların da imkanlarından yararlanmağa çalışacaq. Yeri gəlmişkən, qeyd edək ki, İran hakimiyyətinin Azərbaycanla münasibətləri yeni müstəviyə qaldırmaq cəhdləri də bu baxımdan qiymətləndirilməlidir.
Beləliklə, İranı çətin günlər gözləyir. Mümkün eskalasiyaya qədər Tehran kömək umduğu dövlətləri lazımi səviyyədə həmrəy etməyi bacarmasa, Yaxın Şərq sınağından uğurla çıxa bilməyəcək.
Kənan Novruzov, siyasi şərhçi, “Report” İA-nın əməkdaşı

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir