Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın deyib ki, Ankara da Bakı kimi İranın vəzi bəyanatlarından narahatdır. Onun sözlərinə görə üçtərəfli formatda danışıqlar bütün bu məsələləri həll edə bilər.
Ərdoğanın sözçüsü vurğulayıb ki, İran prezidenti İbrahim Rəisi yaxın həftələrdə Türkiyəyə səfər edə bilər.
Kalın, həmçinin sözügedən səfərə daha əvvəldən hazırlıq görülsə də, onun müəyyən səbəblərdən təxirə salındığını xatırladıb.
Əlbəttə, Kalının Bakının adını çəkməsi təsadüfi deyil. Bu, Ərdoğanın nümayəndəsinin Tehranın regional xarici siyasətinə işarə etdiyini göstərir. Məlum olduğu kimi, İrandakı son hadisələrə, o cümlədən aksiyalara qədər bu dövlət qonşu ölkələrə “əzələ nümayişi” edirdi. Verilən açıqlamalar, Azərbaycanla sərhəddə keçirilən təlimlər də bunun təzahürü idi.
İkinci bir tərəfdən, rəsmi Tehran, o cümlədən xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Ermənistanla bağlı “qırmızı xətt”lərini davam etdirirlər. İranın hətta Xankəndindən keçən Laçın – Şuşa yolundakı aksiyalara da münasibəti birmənalı deyil. Bu isə molla rejiminin riyakarlığından xəbər verir.
Eyni zamanda İranın beynəlxalq xarici siyasət kursu da bir çox dövlətlər kimi, Azərbaycan və Türkiyəni narahat etməyə bilməz.
İranın atom silahının təkmilləşdirilməsi istiqamətində atdığı addımlar, habelə Şərqi Avropada Rusiyaya verdiyi dəstək qlobal təhlükəsizlik üçün ciddi təhdiddir.
Ölkə daxilindəki aksiyalar isə molla rejiminin avtoritarizminin göstəricisidir. Sözsüz ki, bu amil də demokratik dövlətlər üçün arzuolunan deyil.
Beləliklə, İranla bağlı Türkiyə və Azərbaycanı narahat edən kifayət qədər məqam var. Kalının söylədiyi kimi, üçtərəfli formatda keçiriləcək görüş suallara aydınlıq gəlməsinə kömək edə bilər. Sözsüz ki, ehtimal edilən görüşdə həm də Azərbaycan və Türkiyənin İsraillə münasibətlərinin yeni mərhələyə qədəm qoyması müzakirə olunacaq. Nəzərə almaq lazımdır ki, bu, heç də İranın ürəyincə deyil. Amma əgər Tehran bizim onun qayğılarını nəzərə almağımızı istəyirsə, deməli, özü də Bakı və Ankaranın regional və təhlükəsizlik sahəsindəki maraqları ilə hesablaşmalıdır.
Üçtərəfli formatda görüşün qarşıdakı həftələrdə baş tutacağına inanmıram. Birincisi, ona görə ki, İranda daxili vəziyyət qeyri – stabil olaraq qalıb. Belə bir şəraitdə prezident İbrahim Rəisi ölkəsini tərk etmək istəməz. Doğrudur, xarici işlər səviyyəsində görüş keçirilə bilər, lakin düşünürəm ki, İran hələ bu görüşə hazır deyil. Molla rejimi ehtimal edilən görüşdə “hücum” mövqeyində çıxış etmək istəyəcək. Bunun üçün lazımi şəraitin yaranmasından ötrü hələ gözləyir.
Kənan Novruzov
Kənan Novruzov: İranın iştirakı ilə üçtərəfli formatda görüş keçirilə bilər: Bakı və Ankara narahatdır
345 0

Kafkassam Editör
Yeni bir dünyaya uyanmak, dünyayı yeniden okumak isteyenler için, söylenecek sözü olanlar için merkezi Ankara’da olan KAFKASSAM’ı kurduk. Erivan, Bakü, Tiflis, Tebriz, Grozni, Moskova, Mahaçkale, Nazrin, Nalçik, Saratov, Ufa ve Sochi’de ofislerimiz temsilcilerimiz var. Kafkassam genelde kafkasya çalışmak için kuruldu Kafkasya genelinde çalışır. Ermenice Rusça Gürcüce İngilizce dillerinde yayın yapan kafkassam genç akademisyen ve stratejistlerle çalışmaya özen gösterir. KAFKASSAM’ın internet sitesi 2 Ocak 2010’da yayına girdi. İnternet sitesinde Kafkasya’daki ülkeler ve Türkiye ile ilişkileri hakkında makaleler, ropörtajlar, analizler ve yorumlara yer verilmektedir.