KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. İran
  4. »
  5. Kənan Novruzov: İrandakı qaz böhranının ağır nəticələri olavaq

Kənan Novruzov: İrandakı qaz böhranının ağır nəticələri olavaq

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
40 0

Rusiya ilə əməkdaşlıq güclənə bilər
ABŞ-ın Müharibə Araşdırmaları İnstitunun məlumatına görə, İran qarşıdakı qış aylarında qaz çatışmazlığı ilə üzləşə bilər. Analitiklərin iddiasına görə, bu daxildəki aksiyaları daha da alovlandıra bilər.
İnstitut, həmçinin İran hakimiyyətinin, o cümlədən Prezident İbrahim Rəisinin qazdan istifadəyə qənaətlə bağlı xəbərdarlıqlarına diqqət çəkib.
Havalar soyuduqca İranda qaz çatışmazlığı ilə bağlı durum ciddi problemə çevrilə bilər. Bunun isə aksiyaların dinamikasına təsir edəcəyi şübhəsizdir. Çünki xalq tətbiq edilən sərt qaydalara görə onsuz da bezib. Qaz böhranı isə əhalinin rifahına mənfi təsir göstərməklə mitinqlərin motivini, etirazçıların tələblərini dəyişə, daha da radikallaşdıra bilər.
İranda qaz böhranı yaxınlaşdıqca Tehranın kömək umacağı ilk ünvanlardan biri, şübhəsiz ki, Moskva olacaq. Hazırda İranla Rusiyanın durumu təxminən eynidir: ikisi də dünyadan təcrid olunub, müttəfiqlərinin sayı azalıb. Belə olan halda cənub qonşumuzun qaz tədarükü ilə bağlı alternativləri, əlbəttə, çox deyil.
Üstəgəl, nəzərə almaq lazımdır ki, Ukraynadakı müharibə ilə əlaqədər olaraq Rusiya ilə İran arasından əməkaşlıq güclənib. İran Rusiyaya silah, o cümlədən “Şahed” PUA-ları verir. Tehran “Şahed”lərlə və təlimatçılarla Moskvaya çox kömək olur. Bu isə o deməkdir ki, Rusiya da lazım gələndə İrana yardım etməlidir. Bu mənada yaxın gələcəkdə Rusiyadan İrana qaz ixracının artması tamamilə gözləniləndir.
Ümumiyyətlə, həm İranda, həm də Rusiyada daxili durum kifayət qədər mürəkkəbdir. Hər iki dövlət sivil dünyadan təcrid olunur. Bu isə onları bir-birilərinə daha da yaxınlaşdırır.
Dediyimiz kimi, ehtimal edilən qaz böhranı daxili qeyri-sabitliyi daha da artıracaq. Ümumiyyətlə, aksiyaçılar və aksiyaların arxasında duran qüvvələr məqsədlərinə çatmayanadək mitinqlər səngiməyəcək. Əksinə, hər ötən gün durum daha da gərginləşəcək.
Kənan Novruzov

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir