KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. İran
  4. »
  5. Kənan Novruzov: İranda gərginlik artacaq: Referendum gözlənilir

Kənan Novruzov: İranda gərginlik artacaq: Referendum gözlənilir

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
10 0

ABŞ-ın Müharibə Tədqiqatları İnstitutu İrandakı aksiyaların və tətillərin genişlənəcəyi barədə məlumat yayıb. Bildirilib ki, dünəndən etibarən ölkə ərazisində genişmiqyaslı tətil, yürüş və mitinqlər keçirilir: “Mövcud rejim etirazları yatırmaq üçün Kürdüstan əyalətinin bütün şəhər və qəsəbələrinə İran İnqilab Keşikçiləri Qvardiyasının (SEPAH) qoşunlarını yerləşdirib. Etirazçılar üçün risk böyükdür. Çünki onların hansı marşrutdan istifadə edəcəkləri sosial şəbəkələrdə yayılıb”.
İnstitut xatırladıb ki, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan noyabrın 23-də deyib ki, İraq mərkəzi hökuməti İran-İraq sərhədi bölgəsindəki kürd yaraqlılarını tərksilah etmək barədə öhdəlik götürüb: “İran rəhbərliyi İraq hakimiyyətindən İraq Kürdüstanındakı kürd yaraqlıları tərksilah etməyi və oradan çıxarmağı dəfələrlə tələb edib. İraqın mərkəzi hökumətinin İranın tələblərini təmin edib-etməyəcəyi hələ də bəlli deyil”.
Məlumata görə, İranda vətəndaş müharibəsinin qarşısının alınması məqsədilə referendum təklifləri səslənir.
Əvvəllər də dediyimiz kimi, İranda etirazların yaxın vaxtda başa çatacağı gözlənilmir. Əksinə, mitinqlər getdikcə genişlənəcək. Böyük ehtimalla, nümayişçilər öz məqsədlərinə çatanadək etiraz dalğasını davam etdirəcəklər.
İrandakı xaosun kənardan idarə olunduğu istisna deyil. Böyük ehtimalla ABŞ və müttəfiqlərinin konkret məqsədləri var. Ola bilsin, İranın zəiflədilməsi, mövcud rejimin devrilməsi Qərbin əsas planlarındandır. Hər halda İran Qərbin əsas rəqiblərindən biridir. Xüsusilə İranın nüvə silahını zənginləşdirməsi və PUA-larla Rusiyanı dəstəkləməsi ABŞ və müttəfiqlərini qıcıqlandırır.
İkinci bir tərəfdən, ABŞ və müttəfiqlərinin 3 əsas rəqibi var: Rusiya, İran və Çin. Qərb Şərqi Avropadakı müharibə ilə Rusiyanı artıq “bataqlığa” çəkib. Bu mənada növbəti hədəfin İran olacağı gözlənilən idi.
İrandakı aksiyalar sentyabr ayından bəri davam edir. Mitinqlər kifayət qədər mütəşəkkildir. Əlbəttə, kənar dəstək olmadan bunu bacarmaq mümkünsüz olardı. Nümayişçilər tək başına bunu bacarmazdılar, aksiyalar ən qısa vaxtda yatırılardı.
Çox güman, İrandakı durum getdikcə daha da gərginləşəcək. Bir yandan daxili proseslər, digər yandan isə xarici təyiqlər molla rejiminin işini çətinləşdirir.
İraqın İranın tələblərini yerinə yetirəcəyi, qanunsuz silahlı birləşmələri tərksilah edəcəyi inandırıcı görünmür. Qərbin proseslərdə maraqlı olduğunu nəzərə alsaq, deməliyik ki, ABŞ və müttəfiqləri buna icazə verməz. Çünki Qərb məhz həmin silahlı birəşmələrdən istifadə edərək İran üçün “bataqlıq” yaradır.
Beləliklə, İranla İraq arasında gərginliyin daha da artacağı gözlənilir.
Referendum barədə ehtimallara gəldikdə isə düşünürəm ki, bu da istisna deyil. Əgər gərginlik bir az da davam edərsə, ölkədə, həqiqətən, referendum elan edilə bilər. Qərbin istədiyi də elə budur.
Kənan Novruzovkafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir