KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. İran
  4. »
  5. Kənan Novruzov: İranda aksiyaların yeni dalğası gözlənilir: Mövcud rejimə təzyiqlər artacaq

Kənan Novruzov: İranda aksiyaların yeni dalğası gözlənilir: Mövcud rejimə təzyiqlər artacaq

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
53 0

ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu bildirib ki, İranda aksiyalar davam edəcək. Məlumata görə, dekabrın 8-də ölkədə etirazlar başlayandan bəri ilk edam həyata keçirilib: “23 yaşlı Möhsün Şəkəri edam edilib. Rejim, çox güman ki, edamdan etiraz aksiyalarının qarşısını almaq və nümayişçiləri qorxutmaq üçün istifadə edir. Lakin onun icrası əks effekt verə bilər. Etiraz koordinatorları və təşkilatları edamı pisləyərək Şəkərinin qisasını alacaqlarına söz verdilər”.

Analitiklərin fikrincə, rejim həbs edilmiş daha 10 etirazçı ilə bağlı ölüm hökmü verib: “Beləliklə, yaxın vaxtlarda əlavə edamlar həyata keçirilə bilər. Edamlar davam edən etirazları daha da canlandıra bilər”.

İranda həyata keçirilən edamın etirazları daha da gücləndirəcəyinə şübhə yoxdur. Doğrudur, hakimiyyət bunu etirazçıları qorxutmaq üçün edib. Amma nəzərə almaq lazımdır ki, mitinqlər kənardan idarə edilir, İrandakı daxili xaotik durumda ABŞ-ın əli var. Əks halda aksiyalar bu qədər mütəşəkkil olmazdı. Bu isə onu deməyə əsas verir ki, Qərb dövlətlərinin İrandakı edamdan mövcud rejim əleyhinə istifadə edəcəyi ehtimalı kifayət qədər böyükdür.

Qarşıdakı günlərdə müxtəlif Qərb liderləri, fərqli beynəlxalq təşkilatların rəhbərləri sözügedən hadisəni İranda insan və vətəndaş hüquqlarının tapdalanması kimi təqdim edə, beləliklə, bu dövlətə qarşı təzyiqləri, o cümlədən sanksiyaları artıra bilərlər. Başqa sözlə, Tehran gələcək təzyiqlər üçün Qərbə bəhanə verib. ABŞ və müttəfiqləri isə bu fürsətdən istifadə etməyə çalışacaq.

ABŞ İnstitunun bildirdiyi kimi, gələcəkdə edamların dava etməsi istisna deyil. Bu, İran hakimiyyətinin aqressiyasının təzaharü kimi qiymətləndirilməlidir. Görünür, mövcud rejim artıq soyuqqanlı düşünə bilmir.

Beləliklə, İranda etirazların yeni dalğası başlana bilər.

Kənan Novruzov

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir