KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. İran
  4. »
  5. Kənan Novruzov: İranda aksiyalar davam edəcək, məmurlar istefaya göndəriləcək

Kənan Novruzov: İranda aksiyalar davam edəcək, məmurlar istefaya göndəriləcək

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
48 0

“Bu xəmir çox su aparacaq”: İranda aksiyalar davam edəcək, məmurlar istefaya göndəriləcək
ABŞ-ın Müharibə Araşdırmaları İnstitunun məlumatına görə, İranda Prezident İbrahim Rəisi bəzi məmurları vəzifəsindən azad edə və daha sadiq kadrları həmin postlara təyin edə bilər. Analitiklərin fikrincə, mövcud iqtidar bunu daxildəki xaotik durumu sabitləşdirmək üçün etməlidir.
İnstitutun qənaətinə görə, iğtişaşlar qismən səngiyib. Analitiklər bunu Rəisinin aksiyalar başlayandan bəri Kürdüstana ilk səfəri ilə əlaqələndiriblər.
İran hakimiyyətində islahatların keçirilməsi, bəzi məmurların vəzifəsindən azad edilməsi mümkündür. Mövcud iqtidar beləliklə, daxili ictimai rəyi dəyişməyə, narazılıqları azaltmağa çalışa bilər. Hakimiyyət bu islahatları xalqa gələcək reformların başlanğıcı kimi təqdim edə bilər. Hər halda dünyada bu praktika var: adətən ölkələrdə etiraz aksiyaları başlayan zaman, hakimiyyətlər ciddi islahatlar həyata keçririr, kadr dəyişikliyi edir. Bu mənada ölkədə hansısa məmurların, o cümlədən nazirlərin istefaya göndərilməsi mümkündür.
Etirazların səngiyəcəyi isə ağlabatan deyil. Əvvəllər də dediyimiz kimi, davam edən mitinqlərin arxasında Qərb dayanır. Əks halda iğtişaşlar bu qədər mütəşəkkil ola bilməzdi. Deməli, ABŞ və müttəfiqlərinin İranla bağlı konkret hədəfləri var. Cənub qonşumuzda hakimiyyətin devrilməsi istisna deyil. Bütün hallarda Qərb məqsədinə çatmayanadək Tehrandan əl çəkməyəcək. Qərb ölkədə qismən sabitliyin təmin olunduğunu görən kimi yenidən vəziyyəti gərginləşdirəcək.
Beləliklə, İranı hələ çox ciddi təhlükələr gözləyir. Bunun əsas səbəbi isə molla rejiminin özüdür.
Kənan Novruzov Kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir