KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. İran
  4. »
  5. Kənan Novruzov: İran Yaxın Şərqdə bu ssenarinin reallaşacağından qorxur: “Gizli əllər” işə düşür

Kənan Novruzov: İran Yaxın Şərqdə bu ssenarinin reallaşacağından qorxur: “Gizli əllər” işə düşür

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
27 0

İranın xarici işlər naziri Əbbas Araqçi deyib ki, Livan və Qəzzada atəşkəslə bağlı təşəbbüslər var. O, bu təşəbbüs və məsləhətləşmələrin nəticə verəcəyinə ümid etdiyini bildirib.

A.Əraqçi söyləyib ki, bu gün Suriyadakı müzakirələrin əsas mövzusu Livan və Qəzzadakı durum olacaq.

Son zamanlar Yaxın Şərqdəki müharibədə yeni faza başlayıb. İsrailin Livana hücumları və İranın İsrail ərazisinə raket zərbələri belə düşünməyə əsas verir.

İsrail hələ ki, dayanana oxşamır. Əlbəttə, Təl- Əvivin bu mövqeyində ABŞ-nin də rolu var. ABŞ İsraili silahlandıraraq gərginliyin davamlılığını təmin etmək istəyir. Belə ki, rəsmi Vaşinqton Ukraynanın əli ilə Şərqi Avropada etdiyini indi İsrail vasitəsilə Yaxın Şərqdə təkrarlayır.

Aydındır ki, ABŞ İranı müharibəyə çəkmək istəyir. Burada bir neçə məqsəd var. Birincisi, rəsmi Tehranı zəiflətmək və idarəolunan vəziyyətə gətirmək. İkincisi, İranın Yaxın Şərqdəki mövqelərini zəiflətmək. Üçüncüsü, bunun fonunda ABŞ bölgədə öz təsir imkanlarını artırmaq ambisiyası. Dördüncüsü, İranın başını qatmaq və digər bölgələrdə güclənməsinə imkan verməmək.
İsrailin keçirdiyi əməliyyatlar, o cümlədən HƏMAS və Hizbullah liderlərinin ard- arda nöqtə əməliyyatları ilə öldürülməsi onu deməyə əsas verir ki, bu ölkənin kəşfiyyatı, yəni MOSSAD kifayət qədər güclüdür. İstisna deyil ki, ABŞ da İsrailə müəyyən kəşfiyyat dəstəyi verir. Çünki, bu, Vaşinqtonun öz maraqlarına uyğundur.
İran mümkün qədər təmkinli davranmağa çalışır. Çünki başa düşür ki, müharibəyə girsə uduzacaq. İranın İsraillə mübarizə apara biləcək imkanı yoxdur. Digər tərəfdən isə İsrailin addımları qarşısında tam hərəkətsizlik İran daxilində xalqın hakimiyyətə qarşı narazılığına səbəb ola bilər. İranın İsrailə raket zərbələri də bu konteksdən qiymətləndirilməlidir.

Rəsmi Tehran müharibənin genişlənməsindən narahatdır. Ona görə də mümkün qədər bunun qarşısını almağa çalışır. Ə.Araqçinin əvvəl Livana, sonra Suriyaya səfəri də bununla bağlıdır. İran çalışır ki, qonşu ölkələrin də dəstəyi ilə İsraili dayandırsın. Beləliklə, öz təhlükəsizliyini təmin etməyə çalışır.

Bu baxımdan İran rəsmiləri ilə Türkiyə rəsmiləri arasında yaxın günlərdə təmaslar, o cümlədən telefon danışıqları ola bilər. Bunun xüsusilə prezidentlər və ya xarici işlər nazirləri arasında olması mümkündür.

Birincisi ona görə ki, Türkiyə və İranın bu məsələ ilə bağlı mövqeyi oxşardır. İkincisi isə Tehran başa düşür ki, eskalasiyanın daha da genişlənməsinin qarşısının alınmasında Ankaranın xüsusi rolu ola bilər. Burada xüsusilə Türkiyənin çəkindiricilik gücünü qeyd edə bilərik.

A. Əraqçinin atəşkəslə bağlı təşəbbüsləri barədə dediklərinə gəldiksə isə müəyyən təkliflərin olması mümkün və gözləniləndir. Çünki dediyimiz kimi, bunda maraqlı olan qüvvələr var. Amma göstərilən səylərin ən azı yaxın gələcəkdə nəticə verəcəyi gözlənilmir. Eyni ilə Ukraynada olduğu kimi, yenə də “gizli əllər” işə düşəcək.

Kənan Novruzov, siyasi şərhşi, “Report” İA- nın əməkdaşı

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir