KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. İran
  4. »
  5. Kənan Novruzov: İran üçün sonun başlanğıcı və ya “kataklizmlər erası”

Kənan Novruzov: İran üçün sonun başlanğıcı və ya “kataklizmlər erası”

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
10 0

ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu İranla İraq Kürdüstanı arasındakı toqquşma ilə bağlı yeni proqnoz verib. Ehtimallara görə İraq İranla sərhədə qoşun yığmağı planlaşdırır.
Məlumata görə İraqın mərkəzi hökuməti İranın İraq Kürdüstanındakı kürd silahlıları ilə bağlı şikayətlərini qismən həll etmək üçün Kürdüstan Regional Hökuməti (KRG) ilə məsləhətləşmələr aparır.
Məlumdur ki, bir müddət əvvəl İran İraq Kürdüstanına hücum etmişdi. Bu, əslində gözlənilən idi. Çünki İran daxilində vəziyyət kifayət qədər gərgindir. Hakimiyyət daxili ictimai rəyin istiqamətini dəyişməkdən ötrü bu addımı atmalı idi.
İranın hücum etmək üçün bir neçə variantı var idi. Bunlardan ən optimalı isə məhz Kürdüstandır. Çünki mövcud alternativlər arasında Kürdüstan İran üçün “ən zəif bənddir”.
İraqın sərhədə qoşun yığması və döyüşlərin miqyasının genişlənməsi ehtimalı böyükdür. Fikrimcə, ABŞ bu fürsəti əldən verməyəcək. Əksinə, Vaşinqton Tehranı sıxışdırmaqdan ötrü bu və ya digər formada proseslərə müdaxilə edə bilər. Onsuz da xüsusilə İranın PUA- larla Rusiyaya yardımı və nüvə silahının zənginləşdirilməsi fonunda ABŞ İrandan “yığıb”.
Bundan sonra kollektiv Qərb çalışacaq ki, İran üçün də Rusiya ssenarisini təkrarlasın və yeni “bataqlıq” yaratsın. Bu isə heç də molla rejiminin ürəyincə deyil. Onsuz da daxili problemləri kifayət qədər olan cənub qonşumuza “ağrımayan başına duz sarımaq” lazım deyil. İranın Kürdüstana hücumu isə sadəcə zərurətdən irəli gələn addım idi.
Gərginlik yaxın vaxtlarda dayanmasa, İran üçün ciddi problemlər yarana bilər. Düşünürəm ki, rəsmi Tehran indidən “başına çarə qılmalıdır”. Əks halda daxili xaosa xarici təzyiqlər də əlavə olunacaq. Beləliklə, İran üçün ciddi kataklizmlər gözlənilə bilər.
Kənan Novruzov Kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir