Tehranda Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu Tehranda iranlı həmkarı Məhəmməd Rza Aştiani ilə görüşüb.
Tərəflər Rusiya ilə İran arasında qarşılıqlı əməkdaşlığı və Qərbə qarşı birgə mübarizəni müzakirə ediblər. S. Şoyqu bildirib ki, Rusiya ilə İran arasında qarşılıqlı fəaliyyət yeni səviyyəyə çatır.
Məlum olduğu kimi, Ukraynada müharibə başlayandan sonra Moskva ilə Tehran arasında əlaqələr sürətlə güclənməyə başladı. Bunun əsas səbəbi hazırda qlobal miqyasda Qərblə Şərq arasında mübarizənin getməsidir. İran başa düşür ki, ABŞ Rusiyadan sonra onunla “haqq-hesabı çürütmək istəyəcək”. Ona görə də mümkün qədər Rusiyanı dəstəkləyir.
Tehranla Moskva arasında geosiyasi anlamda müəyyən ziddiyyətlər var. Amma hər iki tərəf indi bir-birini dəstəkləməyə məcburdur.
Proseslər onu deməyə əsas verir ki, tərəflər arasında əməkdaşlıq bundan sonra da güclənəcək. Bu, hazırda sivil dünyadan təcrid olunan həm İrana, həm də Rusiyaya sərf edir. Ən azından ona görə ki, müttəfiqsiz qalmırlar.
Tərəflər əlaqələri gücləndirmələrinə düz mütənasib olaraq Qərbin İran və Rusiyaya qarşı təzyiqlərinin artacağı da gözləniləndir.
İstisna deyil ki, gələcəkdə iki dövlət arasında müdafiə sahəsində əməkdaşlıq əldə olunacaq.
Ümumiyyətlə, hazırda dünyada sürətli qütbləşmə gedir. Bunun fonunda dünya dövlətləri öz tərəflərini seçirlər. Dünyadakı qütbləşmə sürətlənəcək və mütləq iki tərəfdən biri- ya Şərq, ya da Qərb qalib gələcək.
Kənan Novruzov
Kənan Novruzov: İran- Rusiya əməkdaşlığı güclənir, dünyada qütbləşmə artır
311 0

Kafkassam Editör
Yeni bir dünyaya uyanmak, dünyayı yeniden okumak isteyenler için, söylenecek sözü olanlar için merkezi Ankara’da olan KAFKASSAM’ı kurduk. Erivan, Bakü, Tiflis, Tebriz, Grozni, Moskova, Mahaçkale, Nazrin, Nalçik, Saratov, Ufa ve Sochi’de ofislerimiz temsilcilerimiz var. Kafkassam genelde kafkasya çalışmak için kuruldu Kafkasya genelinde çalışır. Ermenice Rusça Gürcüce İngilizce dillerinde yayın yapan kafkassam genç akademisyen ve stratejistlerle çalışmaya özen gösterir. KAFKASSAM’ın internet sitesi 2 Ocak 2010’da yayına girdi. İnternet sitesinde Kafkasya’daki ülkeler ve Türkiye ile ilişkileri hakkında makaleler, ropörtajlar, analizler ve yorumlara yer verilmektedir.