İsrailin Azərbaycandakı səfiri Corc Dik “Tvitter” hesabında dövlətimizin regional siyasəti ilə bağlı paylaşımı çox ciddi siyasi mesaja malikdir. Ölkəmizlə dostluğu yüksək qiymətləndirən diplomat yazıb: “Heç bir üçüncü dövlət, heç kim bizim münasibətlərimizə nə qarşı, nə də mane ola bilər. Bizim əməkdaşlığımızın gələcəyinin parlaq olacağına və İsraillə Azərbaycan arasında daha çox iş birliyi görəcəyimə ümid edirəm”.
Şübhəsiz ki, bu, hər kəsdən əvvəl İrana mesaj idi. İran- Azərbaycan, İran- İsrail münasibətləri kimsəyə sirr deyil. Tel- Əviv Tehrana demək istəyir ki, adekvat davranış sərgilə, əks halda, bunun hesabını verməli olacaqsan. Onsuz da İsrail İrana “qulaq burması” vermək üçün bir “girəvə” axtarır.
Doğrudur, İsraillə münasibətlərimiz daha yaxın müttəfiqlərlə olduğu kimi deyil, amma əməkdaşlıq formatındadır, şəffafdır. Və İranın Azərbaycana qarşı aqressiv mövqeyi qarşılığında İsrailin hansısa addımı ilk növbədə onun öz maraqlarına uyğundur.
Cənub qonşumuzun son günlərdəki dəyişən davranışı, geri çəkilməsi bir tərəfdən Azərbaycan və qardaş Türkiyənin mövqeyi ilə bağlıdırsa, əlbəttə, həm də Corc Dikin mesajından dərs çıxarmasının göstəricisidir. İran xarici işlər naziri Hüseyn Əmirabdullahianın “Azərbaycanla açıq gərginlik mərhələsi başa çatıb” bəyanatı da iki istiqamətdə təhlil edilməlidir. Birincisi, rəsmi Tehran bu açıqlama ilə indiyədək qonşuluq, müsəlmanlıq prinsiplərinə zidd şəkildə münasibətlərin gərgin olduğunu etiraf etmiş oldu. İkincisi isə İran, görünür, baş verənlərdən, regiondakı geosiyasi reallıqdan dərs çıxarmaq niyyətindir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Ümid edirik ki, İran sağlam düşüncə ilə hərəkət edəcək. Əgər belə olarsa, İranla Azərbaycan arasında heç bir problem olmayacaq” açıqlaması isə Tehranın bundan sonra Bakı ilə münasibətləri üçün “yol xəritəsi” olmalıdır. Əks halda İranın nəinki regionda, beynəlxalq müstəvidə “ofsaytda” qalması istisna deyil.
Kənan NovruzovKafkassam
Kənan Novruzov: İran “ofsayt”da qala bilər
228 0

Kafkassam Editör
Yeni bir dünyaya uyanmak, dünyayı yeniden okumak isteyenler için, söylenecek sözü olanlar için merkezi Ankara’da olan KAFKASSAM’ı kurduk. Erivan, Bakü, Tiflis, Tebriz, Grozni, Moskova, Mahaçkale, Nazrin, Nalçik, Saratov, Ufa ve Sochi’de ofislerimiz temsilcilerimiz var. Kafkassam genelde kafkasya çalışmak için kuruldu Kafkasya genelinde çalışır. Ermenice Rusça Gürcüce İngilizce dillerinde yayın yapan kafkassam genç akademisyen ve stratejistlerle çalışmaya özen gösterir. KAFKASSAM’ın internet sitesi 2 Ocak 2010’da yayına girdi. İnternet sitesinde Kafkasya’daki ülkeler ve Türkiye ile ilişkileri hakkında makaleler, ropörtajlar, analizler ve yorumlara yer verilmektedir.