KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Kənan Novruzov: İntensivləşən təxribatlar regionu hara aparır?

Kənan Novruzov: İntensivləşən təxribatlar regionu hara aparır?

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
282 0

Son vaxtlar Ermənistanın təxribatları intensivləşməkdədir. Sonuncu belə sabotaj dünən olub. Erməni vətəndaş Xankəndi ərazisində Azərbaycan və Rusiya hərbçilərinə qumbara atıb. Hadisə nəticəsində üç hərbi qulluqçumuz yaralanıb. Məlumata görə, həmin erməni vətəndaş hüquq mühafizə orqanlarına təhvil verilib.
Ən bariz sual budur: mülki erməni vətəndaşında silahın nə işi var? Axı üçtərəfli bəyanata əsasən Qarabağdakı bütün ermənilər tərksilah olunmalı idi. Deməli, sözügedən fakt rus sülhməramlılarının hələ də öz öhdəliklərini yerinə yetirmədiklərinin göstəricidir. Yəni erməni vətəndaşının bu addımı ilə həm də rusların fəaliyyətsizliyi bir daha ifşa olundu.
İkinci sual: provokasiyaların təkrarlanmasında məqsəd nədir? Çox güman, Azərbaycanı silahlı münaqişəyə çəkmək. Çünki belə olsa ilk növbədə proseslər uzanacaq, o cümlədən sərhədlərin delimitasiya və demarkasiyası prosesi ləngiyəcək. İkinci bir tərəfdən İrəvanın çoxdan arzusunda olduğu ATƏT- in Minsk Qrupunun yenidən fəallaşması, Qərbin regiona gəlməsi üçün şərait yaranacaq. Həmçinin Rusiyanın öz planını icra etməsi: sülhməramlıların sayının artırılması və ya sərhəddə rus hərbçilərinin yerləşdirilməsindən ötrü də “yaşıl işıq” yandırıla bilər. Yəni İrəvan istənilən halda ya Qərb, ya da Moskvanın diktəsi ilə davranır, onlardan birinin planlarına xidmət edir.
Bəs biz anti-terror əməliyyatına başlamalıyıqmı? Fikrimcə, bu, istisna deyil. Əvvəlcə Qarabağdakı özbaşınalıqlar, üçtərəfli bəyanatın şərtlərinin yerinə yetirilməməsi barədə Moskva və İrəvan tərəfinə xəbərdarlıq edilməlidir. Əgər xəbərdarlıqlar nəzərə alınmasa, lokal miqyaslı olsa da anti- terror əməliyyatına start verməyimiz üçün tam hüququmuz var. Nəzərə almaq lazımdır ki, biz səssiz qaldıqca təhriklər artacaq, miqyası böyüyəcək.
Düzdür, anti- terror əməliyyatları müəyyən mənada risklidir. Rusiya bu qədər sadəlövh ola bilməz. Çox güman, nə isə planlayır. Xüsusilə, unutmaq olmaz ki, Kremlin dəfələrlə bu barədə bəyanat səsləndirdiyi üçtərəfli görüş hələ də baş tutmayıb. Görünür, uzlaşmayan məqamlar var və Moskva ambisiyalarını gerçəkləşdirmək naminə başqa variantlar axtarır. Lakin əsla geri çəkilmək, səssiz qalmaq olmaz. Proseslərə həm siyasi, həm də hərbi qiymət verilməlidir. Əks halda səssizliyimizdən əleyhimizə istifadə oluna bilər.
Kənan Novruzov kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir