KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Kənan Novruzov: İkinci Qarabağ müharibəsinin ildönümünə kimi nələr ola bilər?

Kənan Novruzov: İkinci Qarabağ müharibəsinin ildönümünə kimi nələr ola bilər?

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
344 0

İkinci Qarabağ müharibəsinin ilk ildönümünə bir neçə gün qalıb. Bəziləri sentyabrın 27- dək Ermənistanın təxribat törədə biləcəyini deyirlər. Erməni xislətini nəzərə alsaq, bu, doğrudan da, gözləniləndir. Rəsmi İrəvan daxili auditoriyaya məsələnin hələ bitmədiyini göstərmək məqsədilə hansısa provokasiyalara əl ata bilər. Bunu iqtidar uğrunda mübarizə aparan revanşistlərin etməsi də mümkündür. Onu da nəzərə almalıyıq ki, son vaxtlar İrandan Qarabağa yüklər daşınır. Ola bilsin, bu, elə hansısa sabotaj məqsədlidir.
İkinci bir tərəfdən, bir müddət əvvəl keçmiş prezident, müxalifət lideri Robert Köçəryanın Moskvaya çağırılması diqqət çəkir. Görüşdə Kremlin müharibənin ildönümü ilə bağlı Köçəryanı təlimatlandırması istisna deyil. Hərhalda eks dövlət başçısının ölkə daxilində müəyyən təsir gücünə sahib olması unudulmamalıdır. Əlbəttə, savaş ərəfəsində sərhəddə təxribatın olması Rusiyaya sərf edir. Bundan istifadə edən şimal qonşumuz regiondakı mövqeyini möhkəmləndirə bilər. Bu, bir tərəfdən sülhməramlılara, digər tərəfdən isə Moskvanın özünün vasitəçiliyinə ehtiyac var rəyi yaratmaqla reallaşacaq.
Şübhəsiz, təxribat iqtidardan daha çox, müxalifətə sərf edir. Fikrimcə, xüsusilə son vaxtlar loyal bəyanatlar səsləndirən Paşinyan hökuməti münasibətlərin yenidən gərginləşməsində maraqlı deyil. İrəvan yaxşı başa düşür ki, belə bir cəhd Xankəndinin da azad olunması üçün fürsətə çevrilə bilər. Sülhməramlılıq missiyasının iflasa uğrayacağını nəzərə alsaq, ciddi toqquşma şimal qonşumuzun özünün də ürəyincə deyil. İstənilən halda- hansı siyasi gücün idarəetməsindən asılı olmayaraq, təxribatlar istisna deyil. Amma bu, sadəcə lokal miqyaslı olacaq, simvolik xarakter daşıyacaq və adekvat cavabla nəticələnəcək. Çünki ciddi toqquşmaların rəvac verə biləcəyi Üçüncü Qarabağ müharibəsi nə Rusiya, nə də Ermənistan üçün arzuolunan ssenaridir.
Kənan Novruzov

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir