Şimdi yükleniyor

Kənan Novruzov: İƏT ölkələri Haniyənin ölümünə görə toplanır: Azərbaycan iştirak edəcək?

 

İran xarici işlər naziri vəzifəsini icra edən Əli Bageri Türkiyənin xarici işlər naziri Hakan Fidan və Səudiyyə Ərəbistanın xarici işlər naziri Faysəl bin Fərhan ilə telefonla danışıb.
Baş diplomatlar HƏMAS lideri İsmail Haniyənin ölümü barədə danışıblar. Ə.Bageri sözügedən hadisə ilə əlaqədər İslam Əməkdaşlıq Təşkilatının (İƏT) xarici işlər nazirlərinin fövqəladə toplantısını çağırıb.
Yəqin ki, Ə.Bagari sözügedən toplantının təşkili üçün digər həmkarları ilə də təmasları davam etdirəcək.
Perspektivdə İƏT XİN başçılarının belə bir toplantısının keçirilməsi mümkündür. Hər halda bu, üzv dövlətlərin qərarından asılıdır. Və yəqin ki, üzv dövlətlərin əksəriyyəti təklifi dəstəkləyəcəklər.
Əgər belə bir iclas keçirilərsə, çox güman, Azərbaycan da iştirak edəcək. Amma İrandan, Türkiyədən fərqli olaraq Azərbaycanın İsraillə normal münasibətləri var. Buna görə də rəsmi Bakı, yəqin ki, ehtimal olunan iclasa daha həssas, soyuqqanlı yanaşacaq.
Hətta mümkündür ki, Azərbaycan bu toplantıda nazir müavini səviyyəsində təmsil olunsun. Amma, əlbəttə, rəsmi Bakı belə bir iclası tamamilə boykot etməyəcək.
Mümkün iclasın yekun bəyanatında yəqin ki, terrorun bütün növləri pislənəcək.
Onu da deyək ki, belə bir mümkün iclas İrana və HƏMAS- s siyasi dəstəyin təzahürü olacaq.
Kənan Novruzov, siyasi şərhçi, “Report” İA-nın əməkdaşı

Share this content:

Yorum gönder