ABŞ-ın Müharibə Araşdırmaları İnstitundan bildirilib ki, Rusiya fevralın sonunadək genişmiqyaslı hücuma keçəcək. Məlumata görə, Ukrayna rəsmiləri də Rusiya qüvvələrinin fevralın ikinci yarısında genişmiqyaslı hücuma keçəcəyini ehtimal edirlər.
Bundan əvvəl Ukraynanın Təhlükəsizlik və Müdafiə Şurasının sədri Oliksiy Danilov söyləmişdi ki, qarşıdakı bir neçə ay müharibənin taleyi üçün həlledici olacaq. Həmçinin ABŞ kəşfiyyatı da oxşar proqnozla çıxış etmişdi.
Daha əvvəl söyləmişdik ki, fevral ayında ciddi hadisələr baş verəcək. Bunun iki əsas səbəbi var: Birinci, müharibənin ildönümü yaxınlaşır. Rusiya Prezidenti Vladimir Putinin fevralın 24-də xalqa müraciəti gözlənilir. O, müjdə vermək istəyə bilər. Bunun üçün isə döyüş meydanında üstünlük əldə etmək lazımdır.
İkinci bir tərəfdən, qarşıdakı iki ay ərzində Qərb dövlətlərinin, o cümlədən Almaniya, Polşanın ağır və müasir tankları Ukaynaya çatacaq. Bu, döyüş meydanındakı durumu Ukraynanın xeyrinə dəyişəcək. Bunu Rusiyada da başa düşürlər. Ona görə də Kreml strateji üstünlüyü ələ almaq üçün tələsir. Bu mənada yaxın vaxtlarda növbəti genişmiqyaslı hücumun başlanması mümkündür.
Lakin ehtimal edilən hücumların ciddi nəticə verəcəyinə inanmıram. Çünki Ukrayna buna hazırlıq görür. Və yaxın vaxtlarda Ukraynanın da yeni əks-hücum əməliyyatlarına başlayacağı gözləniləndir.
Ümumiyyətlə, indi həm Moskva, həm də Kiyev zamanla yaraşır. Hansı tərəf daha tez davranarsa, müharibənin növbəti mərhələsində o da üstünlüyü ələ alacaq. Amma, əlbəttə, bu, o qədər də asan deyil. Manevr və irəliləyişlər lazımi potensial tələb edir.
Çox güman, döyüşlər yaxın vaxtda dayanmayacaq. Fəqət, qarşıdakı həftələrdə döyüş meydanında və Rusiya daxilində ciddi hadisələrin baş verəcəyi gözləniləndir.
Kənan Novruzov
Kənan Novruzov: Həm Moskva, həm də Kiyev zamanla yaraşır: Hansı tez tərpənsə, o da…
322 0
Kafkassam Editör
Yeni bir dünyaya uyanmak, dünyayı yeniden okumak isteyenler için, söylenecek sözü olanlar için merkezi Ankara’da olan KAFKASSAM’ı kurduk. Erivan, Bakü, Tiflis, Tebriz, Grozni, Moskova, Mahaçkale, Nazrin, Nalçik, Saratov, Ufa ve Sochi’de ofislerimiz temsilcilerimiz var. Kafkassam genelde kafkasya çalışmak için kuruldu Kafkasya genelinde çalışır. Ermenice Rusça Gürcüce İngilizce dillerinde yayın yapan kafkassam genç akademisyen ve stratejistlerle çalışmaya özen gösterir. KAFKASSAM’ın internet sitesi 2 Ocak 2010’da yayına girdi. İnternet sitesinde Kafkasya’daki ülkeler ve Türkiye ile ilişkileri hakkında makaleler, ropörtajlar, analizler ve yorumlara yer verilmektedir.