KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gürcistan
  4. »
  5. Kənan Novruzov: Gürcüstan Azərbaycan- Ermənistan danışıqlarına ev sahibliyo edə bilərmi?

Kənan Novruzov: Gürcüstan Azərbaycan- Ermənistan danışıqlarına ev sahibliyo edə bilərmi?

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
18 0

Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Yunanıstanda keçirilən Delfi İqtisadi Forumunda panel müzakirəsi zamanı Azərbaycan- Ermənistan normallaşması barədə də danışıb. O, Gürcüstanın həmişə dialoq üçün açıq olduğunu və bölgədə davamlı sülhə nail olmaq istiqamətində öz töhfəsini verməyə hazır olduğunu qeyd edib.
“Biz dəfələrlə bəyan etmişik ki, Gürcüstan hər zaman sülh və dialoq üçün açıqdır. Biz hazırıq ki, öz töhfəmizi verək və hər iki tərəf arasında yekun tənzimlənmə üçün çalışaq. Məqsədimiz bölgədə davamlı sülhün təmin olunmasıdır”, – Boçorişvili vurğulayıb.
Rəsmi Tbilisi əvvəllər də dəfələrlə oxşar məzmunlu bəyanatlar verib və vasitəçiliyini təklif edib.

Məsələ burasındadır ki, Azərbaycanla Ermənistan arasında gərginlik Gürcüstanın maraqlarına cavab vermir. Tbilisi, əksinə, sülhdə maraqlıdır. Bunun bir neçə səbəbi var. Birincisi, Tbilisinin həm Bakı, həm İrəvanla normal münasibətləri var. Belə bir vaxtda Gürcüstan seçim qarşısında qalmaq istəmir. İkincisi, mümkün gərginlik Gürcüstanın daha da inkişafının qarşısını ala, təhlükəsizliyinə təhdid yarada bilər. Üçüncüsü, mümkün gərginlik kənar qüvvələrin- Rusiyanın və Qərbin bölgəyə müdaxilə etməsinə şərait yaradacaq. Tbilisi bunu istəmir.
Bütün bunları nəzərə alsaq deməliyik ki, Gürcüstan vasitəçilikdə və mümkün danışıqlara ev sahibliyində səmimidir. Bununla belə, Gürcüstanın bu məsələdə nə qədər effektiv ola biləcəyi sual altındadır. Qərb buna imkan verməz. Birincisi ona görə ki, Ermənistanın əsas havadarı olan Fransa və digər Qərb dövlətləri Cənubi Qafqazda sabitlik istəmirlər. İkincisi isə əgər danışıqlar qaçılmaz olarsa, Qərb özü buna ev sahibliyi etmək istəyəcək.

Bununla belə, rəsmi Tbilisi səylərini və təkliflərini davam etdirəcək.
Kənan Novruzov

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir