KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Kənan Novruzov: Fransanın Azərbaycana səyahət xəbərdarlığının “pərdə arxası

Kənan Novruzov: Fransanın Azərbaycana səyahət xəbərdarlığının “pərdə arxası

Kafkassam Editör Kafkassam Editör - - 6 dk okuma süresi
42 0

”: Paris başa düşür ki…

Fransa Koloniyalarının Azadlıq Cəbhəsi Fransanın Avropa və Xarici İşlər Nazirliyinin Azərbaycana səyahət xəbərdarlığı ilə bağlı bəyanatına cavab verib. Sənəddə Fransanın Baş nazirinin hələ öz hökumətini formalaşdırmasa da, istefaya gedən daxili işlər nazirinin addımları və Fransa Xarici İşlər Nazirliyinin Azərbaycanla bağlı həyəcan xəbərdarlıqlarının heç kəsi çaşdırmadığı bildirilib:
“Hökumətin növbəti addımı, şübhəsiz ki, “Fransa vətəndaşlarına” sözügedən ölkəni ziyarət etməyi tamamilə qadağan etmək olacaq. Bu qərar “insan hüquqları” və “insan və malların sərbəst hərəkəti” ilə ziddiyyət təşkil edir və tamamilə qeyri-qanuni olacaq. Fransa Dövlətinin addımlarının yalnız bir məqsədi var: Bakı Təşəbbüs Qrupunun Birləşmiş Millətlər Təşkilatı çərçivəsində ona Qoşulmama Hərəkatı tərəfindən verilmiş mandatı yerinə yetirməyə davam etməsinə yol verməmək. Bakı Təşəbbüs Qrupunun missiyası dünyada kolonializmə son qoymaqdır”.

Bəyanatda qeyd olunub ki, Fransa beynəlxalq səviyyədə imicinin pisləşdiyini yaxşı anlayır: “Bunun kökündə Bakı Təşəbbüs Qrupunun təşkilata üzv olan ölkələrin ərazilərinin “insan hüquqları ölkəsi” (Fransa) tərəfindən necə zəbt edildiyini və yerli xalqlara qarşı necə davrandığını və bu gün də davranmağa davam etdiyini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırması durur. Kanaky-nin (Yeni Kaledoniya) cari vəziyyəti bunun ən yaxşı nümunəsidir”.

Sənəddə vurğulanıb ki, Fransa əsarəti altında olan son koloniyalardakı təşkilatların Azadlıq Cəbhəsi koloniyalarını qorumaq üçün ən kobud və antidemokratik hiyləgərliklərə əl atmaqdan çəkinməyən və siyasi tənəzzüldə olan bir ölkənin bu üsullarına qarşı üsyan edir: “Burada məqsəd varlığını davam etdirməyə imkan verən maraqlarını saxlamaqla böyük dəniz güclərinin hit-paradında yerini qorumaqdır. Biz öz tərəfimizdən Bakı Təşəbbüs Qrupu ilə BMT-nin müəyyən etdiyi çərçivədə və ya nəhayət müstəqilliyimizi əldə etmək və xalqlarımızın maraqlarını qorumaq naminə zəruri hesab etdiyimiz hər hansı digər tərəfdaşla işləməyə davam edəcəyik!”
Qeyd edək ki, bəyanatı Fransa müstəmləkəsi altında olan ərazilərdəki 14 siyasi hərəkat rəhbəri imzalayıb.

Xatırladaq ki, bu ilin iyul ayında Fransa koloniyalarında müstəqillik uğrunda mübarizə aparan siyasi partiya və hərəkatların rəhbərləri Bakıda Birinci Qurultaylarını keçirdərək Fransa Koloniyalarının Azadlıq Cəbhəsini yaradıblar.
Fransa və Niderlandın 17 koloniyasının səlahiyyətli rəsmiləri Azadlıq Cəbhəsinin yaradılması haqqında yekun Bəyannaməni imzalayıblar. Həmçinin iştirakçılar Cəbhənin Nizamnaməsini təsdiqləyibər.
Öncə onu deyək ki, rəsmi Parisin Azərbaycana səyahət xəbərdarlığı tamamilə absurddur. Daha əvvəl rəsmi Bakının da bildirdiyi kimi, Azərbaycanda bir neçə fransız konkret cinayətlərə görə həbs olunub. Amma Azərbaycanda qarşı tərəfin iddia etdiyi kimi, fransızlara qarşı heç bir təqib yoxdur.

Fransanın bu absurd xəbərdarlığının arxasında hansı məqsədin dayandığı məlumdur: Fransa başa düşür ki, Azərbaycan onun iş üzünü açır, ifşa edir. Bu, rəsmi Parisin dünyadakı nüfuzuna təsir edir. Ona görə Yelisey Sarayı belə yollarla bir növ “əvəz çıxmaq” istəyir. Oxşar cəhdlərin gələcəkdə də davam etməsi mümkündür.

Proseslərin hazırkı mərhələyə çatmasının əsas səbəbi məhz Fransadakı Emmanuel Makron hökumətinin Cənubi Qafqaz və Azərbaycanla bağlı qərəzli mövqeyidir. Belə ki, rəsmi Paris İkinci Qarabağ müharibəsi nəticəsində rəsmi Bakının regionda yaratdığı yeni reallıqları qəbul etmək istəmir. Çünki bu reallıqlar üçüncü güclərin bölgəyə müdaxiləsinin qarşısını alır. Bu isə Fransaya sərf etmir. Odur ki, Fransa özünün bölgə ilə bağlı maraqlarını təmin etmək məqsədilə Ermənistandan istifadə edir. Ermənistanın sürətlə silahlandırılması, verilən qərəzli bəyanatlar məhz buna hesablanıb. Görünən odur ki, elədiklərinin nəticə vermədiyini anlayan Paris artıq yeni varianta- Azərbaycana qarşı qarayaxma kampaniyasına başlayıb.

Fransa Koloniyalarının Azadlıq Cəbhəsinin yaydığı bəyanata gəldikdə isə deməliyik ki, bu, ilk növbədə göstərir ki, Fransa müstəmləkəsindən əziyyət şəkən şəxslər artıq Azərbaycana inanır, etibar edirlər. Onlar, bəlkə də, neokolonolizmə qarşı mübarizədə rəsmi Bakıya ümid yeri kimi baxırlar. Bu, çox ciddi məsələdir.

Əlbəttə, Azərbaycan otuz il işğaldan əziyyət çəkən dövlət kimi həmişə haqsızın tərəfindədir. Bu mənada Azərbaycanın kolonolizmə qarş mübarizə aparması tamamilə təbiidir.

Ehtimal etmək olar ki, Fransanın sözügedən absurd xəbərdarlığının bir məqsədi də sadə fransızların, kolonolizmə qarşı mübarizə məqsədilə Bakıda keçiriləcək növbəti tədbirlərdə iştirakçı fəallığına təsir etməkdir. Amma bu addımların Paris üçün müsbət nəticə verəcəyi ağlabatan görünmür. Necə deyərlər, sirkə nə qədər tünd olarsa, öz küpünü çatladar.

Kənan Novruzov, siyasi şərhçi, “Report” İA- nın əməkdaşı

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir