KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Kənan Novruzov: Fransa niyə Azərbaycanı hədəf alır?- Yelisey Sarayının uğursuz cəhdi

Kənan Novruzov: Fransa niyə Azərbaycanı hədəf alır?- Yelisey Sarayının uğursuz cəhdi

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
14 0

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Fransa Prezidenti Emmanuel Makronun yanvarın 6-da səfirlər konfransında çıxışında Azərbaycanla bağlı səsləndirdiyi fikirlərə cavab verib. Bu barədə qurumun sözçüsü Ayxan Hacızadə danışıb.
“Maraqlıdır ki, özünü beynəlxalq hüququn müdafiəçisi kimi təqdim edən Fransa heç zaman Azərbaycana münasibətdə beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulmasını, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi etnik təmizləmə siyasətini, kütləvi qırğınları və insanlıq əleyhinə cinayətləri heç zaman tənqid etməyib.

Fransa tərəfinə bir daha xatırlatmaq istərdik ki, Azərbaycanın öz suveren ərazilərində beynəlxalq hüququn norma və prinsiplərinə uyğun şəkildə həyata keçirdiyi haqq-ədalət müharibəsi yalnız Ermənistan işğalına son qoymaq məqsədilə aparılıb.

Bölgədə sülh üçün real şərait yarandığı bir dönəmdə, Azərbaycanın öz əraziləri üzərində suverenliyini sual altına qoyan, Ermənistanı revanşizmə hazırlayan, bu ölkənin geniş şəkildə silahlanmasını həyata keçirən Fransanın bu kimi təhrikçi açıqlamaları qətiyyətlə pisləyirik.

Fransanın məkrli neo-kolonial siyasətinin təzahürü olan dənizaşırı ərazilərində apardığı uğursuz fəaliyyətin səbəblərinin Azərbaycan üzərinə yönləndirilməsi isə Fransanın yanlış siyasətindən xəbər verir. Digər ölkələri təqsirləndirmək əvəzinə, Fransanın səriştəsiz xarici siyasətindən dərs çıxarması daha faydalı olardı.

Fransadan sülhə xidmət etməyən və regionda sabitliyi pozan addımlarına son qoymağı tələb edirik”, – o vurğulayıb.

E. Makron yanvarın 6- da söyləmişdi ki, Ermənistana münasibətdə Rusiya müttəfiqlik əlaqələrinə dəyişiklik edərək, Azərbaycanın fəaliyyətini dəstəkləyib. O həmçinin qeyd edib ki, Fransanın özü son aylarda bir çox dənizaşırı ərazilərində, xüsusilə də yeni Kaledoniyada Azərbaycan tərəfindən qəbuledilməz müdaxilələrlə hücumlara məruz qalıb. Bizim beynəlxalq hüququ və Ermənistanı müdafiə etdiyimizi anlamayan Azərbaycan bununla məsələni həll etdiyini düşünür.

Öncə onu deyək ki, Fransa ilə Azərbaycan arasındakı münasibətlər uzun müddətdir yaxşı deyil. Bunun əsas səbəbi Makron hakimiyyətinin Cənubi Qafqaza və Azərbaycana qeyri- obyektiv yanaşmasıdır. Bunun ən bariz nümunəsi kimi İkinci Qarabağ müharibəsi dövründə Yelisey Sarayının ortaya qoyduğu münasibəti göstərə bilərik.

İkinci bir tərəfdən, bu gün rəsmi Bakı özünün uğurlu xarici siyasəti nəticəsində regionda və dünyada yeni reallıq yaradıb. Paris bu reallığı qəbul etmək istəmir.

Üçüncüsü, Yelisey Sarayı bütün imkanları ilə regiona daxil olmaq istəyir. Bunun üçün bölgənin ən zəif bəndi olan Ermənistandan istifadə edilir. Fransa Ermənistanın “başının altına yastıq qoymaqla” özünün destruktiv maraqları naminə ondan istifadş edir. Bu isə son nəticədə Bakı- Paris münasibətlərinə təsir edir.

Makronun iddiaların gəldikdə bildirməliyik ki, Azərbaycan öz xarici siyasətində heç bir dəyişiklik etməyib. Rəsmi Bakı müstəqil oyunçu kimi həm Qərblə, həm də Rusiya ilə münasibətləri qoruyur. Rusiya- Ermənistan münasibətlərinin pisləşməsi isə ikincinin “Qərbin qucağında oturması” ilə bağlıdır.

Yeni Kolodoniya ilə bağlı məsələyə gəldikdə isə Azərbaycan uzun müddət öz ərazi bütövlüyünün pozulmasından əziyyət çəkib. 30 il ərzində beynəlxalq ictimaiyyət bu məsələyə heç bir ciddi reaksiya göstərməyib. Azərbaycan beynəlxalq hüquqa əsaslanaraq özü öz işini görüb.
Rəsmi Bakı həmişə olduğu kimi indi haqsıza qarşıdır. Belə olan Azərbayacanın Fransa müstəmlələçiliyinə məruz qalanların, o cümlədən Yeni Koledoniyanın haqlı səsini dünyaya çatdırmağa çalışması təəccüblü olmamalıdır.

XİN-in bəyanatında da göstərildiyi kimi, Fransa özünü beynəlxalq hüququn müdafiəçisi kimi göstərməsinə baxmayaraq, Azərbaycanla münasibətdə heç vaxt bu məqamı nəzərə almayıb. Bu, Parisin ikiüzlülük və riyakarlığının ən bariz nümunəsidir.

Fransanın indiki gərgin məqamda Azərbaycanı öz daxili işlərinə qarışmaqda ittiham etməsi sadəcə diqqəti yayındırmaq cəhdidir. Yeliset Sarayı öz uğursuzluğunu xarici faktorlarla əlaqələndirməyə çalışır.

Kənan Novruzov

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir