KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Türkiye
  4. »
  5. Kənan Novruzov: Finlandiya və İsveç NATO- ya üzvlüyü nə qədər realdır?

Kənan Novruzov: Finlandiya və İsveç NATO- ya üzvlüyü nə qədər realdır?

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
321 0

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu günlərdə finlandiyalı həmkarı Sauli Niinistö və İsveç baş naziri Maqdalena Anderssonla telefonla danışıb. Liderlər Finlandiya və İsveçin Alyansa mümkün üzvlüyünü müzakirə ediblər. Məlumata görə, Rəcəb Tayyib Ərdoğan NATO-nun açıq qapı siyasətini hər zaman tam dəstəklədiklərini bildirərək, Alyansdakı həmrəyliyin həm üzv ölkələrin təhlükəsizliyi, həm də kollektiv təhlükəsizlik baxımından mühüm dəyər olduğunu vurğulayıb. O, Türkiyənin uzun müddətdir İsveçin PKK/YPG-PYD-nin nəzarəti altında olan şəxslərlə təmaslarından narahat olduğunu qeyd edərək, FETÖ terror təşkilatının İsveçdə fəaliyyətini davam edirdiyini bildirib.

Türkiyə Prezidenti İsveçin terror təşkilatlarına siyasi, maliyyə və silah dəstəyinə son qoymasının vacibliyini vurğulayıb. O, terrorçu PKK/PYD-YPG qruplaşmasının İŞİD-ə qarşı mübarizə apardığı iddiasının həqiqəti əks etdirmədiyini bildirərək, İsveçdən PKK-nın Suriya və İraqda genişlənməsi ilə bağlı Türkiyənin narahatlığını bölüşdüyünü göstərən konkret və ciddi addımlar atmasını gözlədiklərini dilə gətirib.
Həmçinin Türkiyə dövlət başçısı bu barədə NATO baş katibi Yens Stoltenberqlə də fikir mübadiləsi aparıb. Ərdoğan Türkiyənin NATO-nun “açıq qapı” siyasətini səmimi şəkildə dəstəklədiyini deyib. Türkiyə lideri bildirib ki, İsveç və Finlandiya Türkiyə ilə fundamental məsələlərdə, xüsusilə də terrorla mübarizədə həmrəy olacaqlarını açıq şəkildə göstərməsələr, bu ölkələr NATO üzvlüyünə müsbət yanaşmayacaqlar.
Sözügedən dövlətlərin NATO- ya üzvlük məsələləri xeyli vaxtdır gündəmdədir. Alyansın baş katibi buna müsbət münasibətini ifadə edib və bildirib ki, bu, Avropanın təhlükəsizliyinə töhfə olar. Şübhəsiz, Avropanın təhlükəsizliyinə təhdidin getdikcə artdığı bir vaxtda NATO- ya üzv olmaq həmin dövlətlər üçün taleyüklü məsələdir. Amma onların terrorçuları dəstəkləməsinə görə Türkiyə bu məsələyə etiraz edir. Beləliklə, Ankara həm də Moskvanın “əlinə oynayır”. Çünki Finlandiya və İsveçin NATO- ya üzvlüyü Rusiyanın strateji maraqlarına uyğun deyil.
Mövcud fikir ayrılıqlarına görə NATO və Türkiyə arasında münasibətlərin tədricən pisləşdiyi hiss olunur. Bu “incikliyin” gələcəkdə bir az da çoxalacağı istisna deyil.
Məlumdur ki, təşkilatın üzvlərindən biri, o cümlədən Türkiyə İsveç və Finlandiyanın Alyansa üzvlüyünə rəsmi veto qoyacağı təqdirdə, həmin dövlətlərin üzvlüyü mümkün olmayacaq. Və əgər Ankara hazırkı narazı mövqeyini rəsmiləşdirsə, artıq onun NATO- dan çıxarılması məsələsi gündəm gələ bilər. Doğrudur, həm Ərdoğan və həm də xarici işlər naziri Mövcud Çavuşoğlu son vaxtlar Alyansla bağlı tənqidi fikirlər səsləndirirlər. Buna baxmayaraq, Türkiyənin NATO- dan çıxarılması təşkilat üçün arzuolunan deyil. Çünki Ankara həm də Moskva ilə münasibətlərin nizamlanması üçün NATO- ya lazımdır.
Bütün bunları nəzərə alsaq deməliyik ki, Finlandiya və İsveçin hələlik NATO- ya üzvlüyü real görünmür. Amma gələcəkdə bu istiqamətdə müəyyən addımların atılması da gözləniləndir. Beləliklə, həm Alyans, həm də namizəd ölkələr öz inadkarlıqlarını nümayiş etdirməyə çalışa bilərlər.
Kənan Novruzov Kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir