KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Türkiye
  4. »
  5. Kənan Novruzov: Fidandan mesaj: Türkiyə terrora son qoyur!

Kənan Novruzov: Fidandan mesaj: Türkiyə terrora son qoyur!

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
25 0

Türkiyənin xarici işlər naziri Hakan Fidan Almaniyada Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “Dəməşq üçün yeni şəfəq: Suriyada keçid prosesinin perspektivləri” mövzulu paneldə çıxışı zamanı deyib ki, Türkiyə, İran və İraqdan gələn terrorçular Suriyanın şimalında İŞİD-ə qarşı mübarizə adı altında gizlənirlər. O, Suriyanın gələcəyi ilə optimist olmaq lazım olduğunu vurğulayıb: “On illərdir ölkədə davam edən sabitsizlik, nəhayət aradan qalxdı. Region ölkələri Suriya ilə bağlı həmfikirdirlər. Biz qonşu ölkələrə qarşı təhdid görmək istəmirik. Terrorçuluğun inkişafını istəmirik. Suriyanın ərazi bütövlüyü və suverenliyinin qorunmasını istəyirik”.

Nazir söyləyib ki, digər ölkələr kimi, Suriyada da yalnız bir qanuni silahlı qüvvələr olmalıdır: “Silahlı qruplar vahid ordu kimi birləşməlidir”.

H.Fidanın səsləndirdiyi fikirlər Türkiyənin terrorla mübarizəsi ambisiyası baxımından xüsusilə xarakterikdir.

Əvvəl də dediyimiz kimi, Suriyada Bəşər Əsəd rejiminin devrilməsi yeni reallıqlar yaradıb. Bu reallıqların əsas istiqamətlərindən biri Türkiyənin təhlükəsizlik maraqları ilə bağlıdır. Belə ki, Türkiyə uzun illərdir ki, PKK, YPG, İŞİD kimi terror təşkilatlarının mövcudluğundan əziyyət çəkir. Bəşər Əsəd devrilənə qədər Türkiyənin öz təhlükəsizliyini təmin etməsinə, o cümlədən terrorla mübarizəsinə mane olurdu. İndi isə belə bir əngəl yoxdur.

Əlbəttə, Türkiyə mövcud durumdan istifadə edəcək.
Suriyada terrora son qoyulması Türkiyə üçün strateji əhəmiyyətli məsələdir. Bunun üçün bütün imkan və vasitələrdən istifadə olunacaq.

Suriyanın müvəqqəti Prezidenti Əhməd əş-Şəraa, yəqin ki, Türkiyənin terrorla mübarizəsinə dəstək verəcək. Bu, onun hakimiyyəti və Suriyanın bərpası üçün lazımdır. Əgər Əhməd əş- Şəraa Türkiyənin maraqlarının təmin etsə, Ankara da Dəməşqə dəstək olacaq.

Böyük ehtimalla tərəflər arasında artıq bu barədə razılıq əldə olunub.

Amma Türkiyənin terrorla mübarizədə ciddi nəticə əldə etməsi üçün həm də region ölkələrinin, o cümlədən İran və İraqın dəstəyinə ehtiyacı var. Yəqin ki, Ankara bu istiqamətdə də diplomatik fəaliyyətini davam etdirəcək.
Kənan Novruzov

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir