KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Ermenistan
  4. »
  5. Kənan Novruzov: Ermənistanın siyasi qərarları iqtisadiyyatına da təsir edir: Əhali ölkədən qaçacaq

Kənan Novruzov: Ermənistanın siyasi qərarları iqtisadiyyatına da təsir edir: Əhali ölkədən qaçacaq

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
206 0

Ermənistan İqtisadiyyat Nazirliyindən bildirilib ki, Azərbaycan və Türkiyə ilə sərhədin bağlı qalması Ermənistanın xarici ticarət imkanlarını azaldır, yükdaşımaları üçün alternativ marşrutları məhdudlaşdırır.
Qeyd olunub ki, hazırda Ermənistanın xarici ticarətində Ermənistan-Türkiyə ticarətinin payı 1%-dir: “İrəvanla Ankara arasında birbaşa ticarətə başlanacağı təqdirdə bu rəqəm 10%-ə qalxa və ya daha çox arta bilər”.
Məlum olduğu kimi, həm Türkiyənin və Azərbaycanın Ermənistanla quru sərhədləri uzun müddətdir ki, bağlıdır. Bunun Ermənistanın iqtisadiyyatına mənfi təsir etdiyi danılmazdır. Məsələ ondan ibarətdir ki, rəsmi İrəvan destruktiv mövqeyi ilə özünü regional əməkdaşlıqdan məhrum edir. Bu isə son nəticədə Ermənistan iqtisadiyyatının zəifləməsi ilə nəticələnir.
İş o yerə çatıb ki, artıq rəsmi dövlət qurumu da reallığı etiraf etməli olub. Bu, əslində rəsmi İrəvanın üzləşdiyi mürəkkəb durumun ifadəsidir.
Məsələ ondan ibarətdir ki, Ermənistan Qərb və Şərq arasında qalıb. Belə bir şəraitdə onun dünya dövlətləri ilə ciddi ticarət əlaqələri qurması çətindir. Buna Rusiya və Qərb imkan verməz. Odur ki, rəsmi İrəvanın yeganə ümid yeri region ölkələridir. Ermənistan isə özünü bu imkandan da məhrum edir.
Ermənistanın ən yaxın gələcəkdə sülh müqaviləsini imzalamasından boyun qaçırması təkcə siyasi yox, həm də iqtisadi uçuruma səbəb ola bilər. Sülh müqaviləsi məsələsi uzandıqca Ermənistan daxilindəki iqtisadi durum daha da pisləşəcək. Bu isə öz-özlüyündə ölkə daxilində siyasi kataklizmə səbəb olacaq. Fikrimcə, Ermənistan baş naziri Nikol Paşinyan bu reallıqları yaxşı anlayır.
Ermənistanın regionda “ofsayt”da qalması bu ölkəni regional iqtisadi əməkdaşlıqdan məhrum edir. Beləliklə, rəsmi İrəvan əslində özü özünə pislik edir.
Konstruktiv mövqe ortaya qoymayınca Ermənistanın iqtisadi durumu pisləşməkdə davam edəcək. Bu isə yerli əhalinin ölkəni sürətlə tərk etməsi ilə nəticələnəcək.
Kənan Novruzov

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir