KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Ermenistan
  4. »
  5. Kənan Novruzov: Ermənistanı yanlış yola mı çekiyorlar

Kənan Novruzov: Ermənistanı yanlış yola mı çekiyorlar

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
154 0

AŞ özünü gözdən salır, Ermənistanı yanlış yola çəkir

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) 2517 (2023) saylı qətnaməsi və 2260 (2023) saylı tövsiyəsiləri rəsmi Bakıya qarşı qərəzli mövqeyin növbəti təzahürüdür. Azərbaycan Xarici İşlər Nazirliyinin dünən bu barədə yaydığı bəyanatda bildirilib ki, AŞPA Azərbaycan və Ermənistan arasında sülh səylərinin perspektivlərinə xələl gətirən və Azərbaycana qarşı əsassız və qərəzli addımları dayandırmalıdır.
Qeyd olunub ki, Avropa Şurasının mexanizmlərindən Azərbaycana qarşı istifadəyə yönəlmiş uzaqgörən olmayan cəhdlər tamamilə əks nəticə verir, bu kimi cəhdlər Azərbaycanın regionda davamlı sülhün təmin edilməsi və Azərbaycanın Qarabağ bölgəsində yerli erməni sakinlərlə bağlı reinteqrasiya planları istiqamətində fəaliyyətini davam etdirmək əzmini sarsıda bilməz.
Nəzərə almaq lazımdır ki, AŞPA Azərbaycana qarşı qərəzli davranan yeganə beynəlxalq təşkilat deyil. Zaman- zaman digər beynəlxalq qurumlar da oxşar mövqelərdən çıxış edib. Tamamilə korrupsiyalaşmış bir çox beynəlxalq təşkilatlar müxtəlif vaxtlarda ortaya qoyduqları qərəzli mövqeləri ilə Ermənistana “əl- qol açmağa” şərait yaradıblar. Bir çox hallarda İrəvan məhz bu qətnamə və “tövsiyələrə” arxalanaraq öz destruktiv mövqeyini davam etdirib.
Beynəlxalq qurumların qərəzli, qeyri-obyektiv münasibətinin əsas səbəblərindən biri onlara erməni diasporunun güclü təsiridir. Məhz erməni lobbisinin fəaliyyəti nəticəsində beynəlxalq təşkilatların bir çoxu açıq-aydın ermənipərəst mövqedən çıxış edir.
İkinci bir tərəfdən, beynəlxalq təşkilatlar, o cümlədən AŞ-a Fransa kimi riyakar dövlətlərin təsiri kifayət qədərdir. Parisin Bakı və İrəvana münasibəti məlumdur. Odur ki, Fransanın diktəsi ilə bir sıra beynəlxalq təşkilatların Azərbaycana qarşı qərəzli mövqeyi təəccüblü deyil.
Onu da deyək ki, rəsmi Bakıda beynəlxalq təşkilatların bu cür qərəzli mövqeyinə qarşı artıq immunitet yaranıb. Beynəlxalq qurumlar otuz il ərzində daim qərəzli mövqedən çıxış ediblər. Amma bu, bizim məqsədlərimizə çatmağımıza mane olmayıb. Azərbaycan bütün əngəllərə rəğmən, öz hədəflərinə çatıb, beynəlxalq hüququ özü təmin edib. Odur ki, AŞ qətnamə və tövsiyələri bundan sonra da nəyisə, hansısa reallığı dəyişməyəcək. Əksinə, özü bədnam kimi tanınacaq.
Əgər AŞ Ermənistanla Azərbaycan arasında sülhdə, regional əməkdaşlıqda maraqlıdırsa, onda bu cür qərəzli davranışlarını dayandırmalıdır. Əks halda öz səmimiliyini şübhə altına atmış olacaq. Bu baxımdan AŞ-ın qətnamələri və qərəzli tövsiyələri əslində özünə ziyandır.
AŞ qərarlarına redaktələr etməsə, özü gözdən düşməyə, etibarını itirməyə davam edəcək.
Kənan Novruzov

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir