KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Ermenistan
  4. »
  5. Kənan Novruzov: Ermənistandan süpriz addım: Son anda COP29-da iştirak edə bilər?

Kənan Novruzov: Ermənistandan süpriz addım: Son anda COP29-da iştirak edə bilər?

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
25 0

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə jurnalistlərə açıqlamasında deyib noyabrın 12-də jurnalistlərə açıqlamasında deyib ki, COP29 tədbirində iştirakla bağlı Ermənistana dəvət göndərilib və indiyə qədər onların tədbirdə iştirak edib-etməyəcəyi ilə bağlı Azərbaycanda  məlumat yoxdur.
O, qeyd edib ki, Ermənistan nümayəndələrinin tədbirdə iştirakı hələlik məlum deyil.
A.Hacızadə Ermənistanın bu tədbirdə iştirak etməyəcəyi təqdirdə nələr itirəcəyinə də münasibət bildirib:
“İqlim dəyişikliyi dünyanı təhdid edən əsas problemlərdən biridir. Təhdidlə mübarizə istiqamətində bir çox ölkələr ciddi müzakirələr aparılır. Əhəmiyyətli müzakirələrə töhfə vermək hər bir üzv dövlətin əsas prioriteti olmalıdır.
Biz Ermənistanın COP29-da iştirak edib-etməməsinə hər hansı şərh vermirik. Çünki müvafiq olaraq dəvət göndərilib, iştirak məsələsi onların öz seçimidir. Şübhəsiz, əhəmiyyətli müzakirədə iştirak hər bir dövlət üçün önəmlidir”.

Öncə onu deyək ki, rəsmi İrəvan son günə qədər bu barədə konkret qərar vermədiyini bildirmişdi. Əslində elə indi də Ermənistan konkret olaraq neqativ mövqe ortaya qoyub. Amma görünən odur ki, Ermənistan COP29-da iştirakdan imtina edib.
Ermənistanın hansı səviyyədə COP29-da təmsil olunmasından asılı olmayaraq, belə bir iştirakçılıq tərəflər arasında qarşılıqlı etimad mühitinin güclənməsinə kömək edə bilərdi. Hətta bəziləri düşünürdü ki, səfər çərçivəsində hansısa sənəd də imzalana bilər.

Yəqin ki, Ermənistan COP29-da iştirak etməməklə bağlı nə isə açıqlama verəcək və bunu özünün guya konstruktiv mövqeyindən müstəqil qərar kimi təqdim etməyə çalışacaq. Hətta mümkündür ki, İrəvan Bakını da ittiham etməyə çalışsın. Hər halda oxşar cəhdlər əvvəllər də olub.
Ermənistanın COP29-da iştirak etməməsini bir neçə məqamla əlaqələndirmək olar.
Birincisi, böyük ehtimalla bu qərar Qərbin, o cümlədən Fransanın təzyiqi nəticəsində verilib. Çünki əvvəldə dediyimiz kimi, Qərb dövlətləri başa düşürdülər ki, Ermənistanın COP29-da iştirakı qarşılıqlı etimad mühitinin formalaşmasına kömək edə bilər. Odur ki, bunun qarşısını aldılar.

İkincisi, ola bilsin, Ermənistan hakimiyyəti daxili ictimai rəydən narahat olub. Belə ki, Ermənistan rəsmilərinin Bakıya gəlməsi daxildə xüsusilə müxalif kəsimin narazılığına səbəb ola, hətta iqtidara qarşı aksiyalarla nəticələ bilərdi. Ola bilsin, rəsmi İrəvan bu ssenarinin qarşısını almağa çalışıb.

Üçüncüsü, mümkündür ki, Ermənistan hakimiyyəti təhlükəsizlik məsələlərindən narahat olub.
Bütün hallarda, COP29- da iştirak İrəvan üçün münasibətlərin normallaşması istiqamətində daha bir addımın atılması üçün fürsət idi. Ermənistan bu şansı dəyərləndirə bilmədi.
Sual yaranır: Ermənistan son anda qərar verərək tədbirdə iştirak edə bilərmi? Bu, inandırıcı görünməsə də, hər halda istisna deyil. Bəlkə də, Azərbaycan rəsmilərinin verdikləri səsləndirdikləri fikirlərdən sonra Ermənistan fikrini dəyişə bilər.

Kənan Novruzov

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir