KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Ermenistan
  4. »
  5. Kənan Novruzov: Ermənistanda xaos güclənəcək- Rusiya “əli”?

Kənan Novruzov: Ermənistanda xaos güclənəcək- Rusiya “əli”?

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
51 0

Ermənistanda bir neçə gündür davamlı etiraz aksiyaları keçirən müxalifət fəalları xaricdəki havadarlarından yardım istəyəcək.
“Müqavimət” hərəkatının liderlərindən biri, müxalif “Ermənistan” fraksiyasından olan vitse-spiker İşxan Saqatelyan deyib ki, hərəkat qarşıdan gələn həftəyə hazırlaşır. O əlavə edib ki, həftə Ermənistana çoxsaylı beynəlxalq nümayəndə heyətləri gələcək və bu istiqamətdə işlər aparılacaq.
İyunun 3-də İrəvanda aksiyaçılarla polislər və “qırmızı beretlilər” arasında toqquşma olub. Hüquq-mühafizə orqanlarının əməkdaşları dəyənəklərdən və yüngül səsli qumbaraatanlardan istifadə ediblər. Kütləvi iğtişaşların təşkili faktları ilə bağlı cinayət işi başlanıb.
Toqquşmalar zamanı polis əməkdaşları da daxil olmaqla 60 nəfər xəsarət alıb.
Ermənistanda iqtidar əleyhinə etirazlar xeyli müddətdir davam edir. Narazı qüvvələr Baş nazir Nikol Paşinyanın Azərbaycan və Türkiyə ilə əlaqələri normallaşdırmaq cəhdinə qarşı çıxırlar.
Paşinyanın mayın 16- da Moskvaya səfəri ərəfəsində iki ehtimal var idi: ya etirazlar səngiməli, ya da bir az da güclənməli idi. Görünür, ikincisi oldu. Bu isə Moskva ilə İrəvan arasında ziddiyyətlərin artdığına işarədir. Hər halda Kreml rəhbərliyi istəsə mitinqləri yatıra bilərdi.
Müxalifət liderinin sözügedən bəyanatında ağıla ilk gələn qüvvə məhz Rusiya olur. Az olsa da, bunun blef olma ehtimalı da var. Amma istisna deyil ki, Rusiya müxalifətə artıq müəyyən qədər “yaşıl işıq” yandırıb. Bu “yaşıl işığın” haradək davam etməsi isə iqtidarın yaxın gələcəkdəki ritorikasından asılıdır.
Qarşıdakı həftələrdə Ermənistanda durumun daha da qarışacağı, daha ciddi qarşıdurmaların olması gözləniləndir. Bunun hakimiyyət dəyişikliyi ilə nəticələnməsi barədə danışmaq hələlik tezdir. Ancaq Rusiyanın Ermənistana təzyiqlərinin artacağı və bununla əlaqədar müəyyən “ssenarilər” hazırlaması istisna deyil.
Kənan Novruzov

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.