KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Ermenistan
  4. »
  5. Kənan Novruzov: Ermənistan nümayəndələri Türkiyəyə gedəcəklər, sonra isə…

Kənan Novruzov: Ermənistan nümayəndələri Türkiyəyə gedəcəklər, sonra isə…

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
318 0

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bu günlərdə Mərkəzi Afrika Cümhuriyyətindən olan həmkarı Sylvie Baipo-Temonla birlikdə keçirdiyi mətbuat konfransında Ermənistanla əlaqələr barədə də danışıb. O, bildirib ki, normallaşma prosesi davam edir: “Xüsusi nümayəndələrin Moskvada ilk görüşü oldu. Telefonla da daim əlaqə saxlayırlar. Fevral ayından etibarən qarşılıqlı uçuşlar başlayacaq. Antalya diplomatiya forumunda 50 nazir, 30 beynəlxalq təşkilatın nümayəndəsi iştirak edəcək. Hər kəsin səsinin eşidilməsini istəyirik. Ermənistan nümayəndələrini də dəvət etmişik. Ermənistan baş naziri Nikol Paşinyan gələcəklərini deyib. Gəlsələr, məmnun olarıq”. Maraqlıdır, Paşinyan bu yaxınlarda keçirdiyi mətbuat konfransında böyük ehtimalla forumda iştirak edəcəklərini bildirmişdi. Çavuşoğlunun açıqlamasından sonra isə müxtəlif erməni rəsmilər hələ konkret qərar vermədiklərini söylədilər. Əslində bu, normal qarşılanmalıdır. İrəvan “ən zəif bənd” olduğunu gizlətməyə, alternativlərinin olduğunu göstərməyə çalışır. Bu mənada erməni mətbuatında yazılanlar həm də daxili auditoriyaya hesablanmış manevrdir. Fakt isə ondan ibarətdir ki, Ermənistanın, o cümlədən Paşinyan administrasiyasının Türkiyə ilə diplomatik əlaqələri bərpa etməkdən başqa yolu yoxdur. Birincisi ona görə ki, artıq proses başlayıb, ictimai şüurda müəyyən dəyişikliklər baş verib. Erməni xalqının böyük hissəsi hakimiyyətin hazırkı siyasətindən razıdır və onu baş naziri dəstəkləyir. Bundan sonra xarici siyasət kursunda edilən hansısa dəyişiklik Paşinyanın imici üçün ciddi zərbə olar. Hətta bu halda daxildə etiraz dalğasının başlanması da istisna deyil. Eyni zamanda Paşinyanın geri çəkilməsi, şübhəsiz, Bakı- İrəvan əlaqələrinə də mənfi təsir göstərəcək. Odur ki, bir neçə dəfə dediyimiz kimi, Ankara- İrəvan əlaqələrinin normallaşması prosesi sürətlə davam edəcək.
Ermənistan Antalya diplomatiya forumunda iştirak edəcək. Ən azından xüsusi nümayəndə Ruben Rubinyan mütləq Türkiyədə olacaq. Nazir Ararat Mirzoyan isə, bəlkə də, tədbirə qatılmaz. Ermənistan hakimiyyəti bu addımın indiki məqam üçün hələ tez olduğunu düşünə bilər. İkinci bir tərəfdən isə, İrəvan balanslaşdırılmış siyasət yeridərək Moskvanı da çox qıcıqlandırmaq istəməz. Yeri gəlmişkən, vurğulayaq ki, Antalya diplomatiya forumunda Ermənistan tərəfinin iştirakı Rusiyanın ürəyincə deyil. Moskva bunu birbaşa deyə bilməz. Lakin tədbir ərəfəsində Kreml rəhbərliyinin Paşinyanı yanına çağıraraq onu təlimatlandırması mümkündür. Bəlkə də, baş nazirin koronavirusa “yoluxması” məhz bununla bağlıdır.
Dediyimiz kimi, çox böyük ehtimalla Ermanistan nümayəndəsi Türkiyəyə gedəcək. Antalyada Türkiyə, hətta Azərbaycan rəsmiləri ilə Ermənistan nümayəndələri arasında “pərdə arxası” görüşlərin olması da gözləniləndir. Ola bilsin, forumdan sonra hansısa yeni razılıqlar əldə olunsun.
Bütün hallarda Rusiyanın Ermənistan üzərindəki təsiri getdikcə azalır. Bu isə regionda yeni reallıqlar yaradır.
Kənan Novruzov Kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir