Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 18- də Böyük Britaniyaya səfər edə bilər. Ərdoğan bildirib ki, əgər proqramı uyğun olsa o, Britaniya kraliçası ll Yelizavetanın dəfn mərasimində iştirak edəcək.
Böyük ehtimalla, Ərdoğan Britaniyaya gedəcək. Səfərin dəqiqləşməsinə dair yaxın günlərdə rəsmi informasiyanın verilməsi gözləniləndir.
Sentyabrın 18- də digər dünya liderləri, o cümlədən ABŞ Prezidenti Cozef Bayden de Britaniyada olacaq. Yəqin ki, Ərdoğan fürsətdan istifadə edib bəzi hökumət və dövlət başçıları ilə görüş keçirəcək.
Türkiyə liderinin xüsusilə Britaniyanın yeni baş naziri Liz Trasla görüşəcəyi ehtimalı böyükdür. Tərəflər Ankara ilə London arasındakı ikitərəfli əlaqələrlə yanaşı, digər regional və qlobal məsələləri, o cümlədən Ukraynadakı durumu müzakirə edə bilərlər. Doğrudur, Britaniyanın xarici siyasət kursunda ciddi dəyişiklərin baş verəcəyi gözlənilmir. Yəni, yəqin ki, Türkiyə ilə münasibətlər də olduğu templə davam edəcək. Buna baxmayaraq, ikitərəfli əlaqələrin perspektivləri barədə fikir mübadiləsi aparılması hər iki tərəf üçün maraqlıdır. Bu, NATO daxilindəki əməkdaşlıq üçün də lazımdır.
Bundan başqa, xarici KİV- in yazdığına görə bu ay Ərdoğanla Baydenin görüşü gözlənilir. Türkiyəyə lideri oktyabra qədər Vaşinqtona səfər edə bilər. Həmin səfərədək liderlərin Britaniyada görüşmələri mümkündür. Hər halda prezidentlərin fikir mübadiləsi apara biləcəkləri xeyli mövzu var. Bura Ukraynada və Suriyadakı durum, F-16 təyyarələrinin tədarükü, Yunanıstanla münasibətlər və digər məsələlər daxildir.
Həmçinin Ərdoğanın digər dünya liderləri ilə də görüşməsi mümkündür. Doğrudur, kraliçanın vəfatı dünya üçün böyük itkidir. Amma bu, həm də dövlət və hökumət başçılarının bir araya gəlməsi üçün fürsətdir. Yəqin ki, bəzi liderlər, o cümlədən Ərdoğan bu fürsəti qiymətləndirəcək.
Kənan Novruzov
Kənan Novruzov: Dünya liderləri toplanır: Ərdoğan Tras və Baydənlə görüşə bilər
351 0
Kafkassam Editör
Yeni bir dünyaya uyanmak, dünyayı yeniden okumak isteyenler için, söylenecek sözü olanlar için merkezi Ankara’da olan KAFKASSAM’ı kurduk. Erivan, Bakü, Tiflis, Tebriz, Grozni, Moskova, Mahaçkale, Nazrin, Nalçik, Saratov, Ufa ve Sochi’de ofislerimiz temsilcilerimiz var. Kafkassam genelde kafkasya çalışmak için kuruldu Kafkasya genelinde çalışır. Ermenice Rusça Gürcüce İngilizce dillerinde yayın yapan kafkassam genç akademisyen ve stratejistlerle çalışmaya özen gösterir. KAFKASSAM’ın internet sitesi 2 Ocak 2010’da yayına girdi. İnternet sitesinde Kafkasya’daki ülkeler ve Türkiye ile ilişkileri hakkında makaleler, ropörtajlar, analizler ve yorumlara yer verilmektedir.