KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Kənan Novruzov: Döyüşlər Rusiya ərazisinə keçir…

Kənan Novruzov: Döyüşlər Rusiya ərazisinə keçir…

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
223 0

Moskvada hava hücumundan müdafiə sistemləri niyə quraşdırılır?- Döyüşlər Rusiya ərazisinə keçir…
ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun məlumatına görə son günlərdə Moskvada hava hücumundan müdafiə sistemləri quraşdırılır. Bildirilib ki, bu, Kremlin Rusiya əhalisini Ukraynaya qarşı uzunmüddətli müharibəyə hazırlamaq məqsədi daşıyır.
Proqnoza görə, Kreml müharibənin Rusiya cəmiyyəti üçün daha təhlükəli yeni “təsviri”ni yaratmaq üçün Moskvada hava hücumundan müdafiə sistemləri yerləşdirib.
Qərb analitiklərinin hesabatında diqqət çəkən bir neçə məqam var. Bunlardan birincisi məhz paytaxda hava hücumundan müdafiə sistemlərinin quraşdırılmasıdır. Bu addımı iki kontekstdən qiymətləndirmək olar.
Birincisi, görünür, hakimiyyət başa düşür ki, müharibənin miqyasının genişlənməsi və Rusiya ərazisinə keçməsi artıq realdır. Qərb dövlətlərinin Ukraynaya verdiyi uşaq mənzilli raketlər və ağır tanklar bu ehtimalı artırır. Doğrudur, savaşın Rusiya ərazisinə keçməsi digər dövlətlərin də müharibəyə qoşulmasını zəruri edə bilər. Bu, ABŞ və müttəfiqlərinə sərf etmir. Buna baxmayaraq, hətta fəal hərbi əməliyyatlar başlamasa belə, Rusiya ərazisində hansısa hücumların olması istisna deyil. Qərb və Ukrayna kəşfiyyatının fəaliyyəti buna imkan verir. Xüsusilə nəzərə almaq lazımdır ki, Ukraynada daxili işlər nazirinin həlak olduğu helikopter qəzasında Moskvanın “əli olduğu” aşkarlanarsa, Kiyev bunun əvəzini çıxmaq istəyə bilər. Bu, ən azından Ukrayna ictimaiyyətinin əzmkarlığını qorumaq üçün vacibdir. Dediyim kimi, görünür, Kreml bu təhlükəni anlayır.
Əlbəttə, ehtimal edilən hücumların Moskvada yox, paytaxtdan kənarda olması daha ağlabatandır. Buna baxmayaq, paytaxda hava hücumundan müdafiə sistemlərinin quraşdırılması təsadüfi deyil. Bu, bir tərəfdən şəhərin təhlükəsizliyinin təmin olunması üçündürsə, digər tərəfdən, ictimai rəyi formalaşdırmağa hesablanıb. Hakimiyyət bu yolla xalqa vəziyyətin asan olmadığını izah etməyə çalışmaq istəyə bilər.
Moskvada hava hücumundan müdafiə sistemlərinin quraşdırılması həm də ehtimal edilən növbəti səfərbərlik dalğası üçün zəmin ola bilər. Yaxın vaxtlarda səfərbərlik elan olunması gözləniləndir.
O da məlumdur ki, nə Kiyevin, nə Moskvanın müharibəni yaxın vaxtlarda bitirmək fikri var. Çünki tərəflərdən birinin təklifi ilə digəri razılaşmır. Üstəgəl, nəzərə almaq lazımdır bu, heç də ancaq onların iradəsindən asılı deyil. Qərb savaşın uzanmasında birbaşa maraqlıdır. ABŞ və müttəfiqləri bunun üçün hər şey edəcəklər.
Rusiya da başa düşür ki, istəsə belə, döyüşlər yaxın vaxtlarda dayanmayacaq. Elə ona görə də müxtəlif təbliğat vasitələri ilə ictimai rəyi istədiyi səmtə dəyişməyə çalışır.
Kənan Novruzov

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir