KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Türkiye
  4. »
  5. Kənan Novruzov: Çavuşoğlu misirli həmkarı ilə görüşə bilər

Kənan Novruzov: Çavuşoğlu misirli həmkarı ilə görüşə bilər

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
53 0

Münasibətlərin normallaşması hər iki tərəfə sərf edir
İtaliyanın paytaxtı Romada Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə Misirin xarici siyasət idarəsinin rəhbəri Sameh Şükrü arasında görüş keçirilə bilər. Bu barədə İtaliyanın “Nova News” nəşri yazıb.
Məlumata görəö liderlər bu gün və sabah Romada keçirilməsi planlaşdıran “MED 2022 – Aralıq dənizi üzrə dialoqlar” toplantısına qatılacaq.
Nəşrin yazdığına görə, Türkiyə və Misir XİN başçılarının görüşünün keçiriləcəyi sadəcə ehtimaldır: “Buna baxmayaraq, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın FIFA 2022 Dünya Çempionatının açılış mərasimində Misir Prezidenti Əbdülfəttah əs-Sisi ilə görüşməsi iki dövlət arasındakı münasibətlərdə müsbət tendensiyaların olduğunu göstərir. Ərdoğanın özü bu yaxınlarda bəyan etmişdi ki, Türkiyə ilə Misir arasında münasibətlərin qurulması prosesi iki ölkənin nazirlərinin görüşü ilə başlayacaq. Türkiyə Prezidenti açıqlamalarında Suriya ilə münasibətlərin yaxşılaşdırılmasının mümkünlüyündən də danışıb”.
Qeyd edək ki, rəsmi Ankara Misirin mərhum Prezidenti Məhəmməd Mursinin 2013-cü ildə devrilməsindən sonra hakimiyyətə gələn general Əbdülfəttah əs-Sisini qanuni dövlət başçısı olaraq tanımaqdan imtina edib. Onda tərəflər səfirlərini məsləhətləşmək üçün geri çağırıblar. Bunun ardınca Misir Türkiyənin Qahirədəki səfirini “arzuolunmaz şəxs” (“persona non qrata”) elan edib. Ankara da uyğun cavab verib.
Türkiyənin xarici siyasətində bir sıra ədavətli dövlətlərlə münasibətlərin normallaşması prosesi son vaxtlar xüsusi diqqət çəkir. Təkcə Misir deyil, həmçinin Suriya və Ermənistanla münasibətlər də bu tendensiya müşahidə edilir. Əlbəttə, bu, təkcə xarici yox, həm də daxili siyasətə təsir edir. Belə ki, Türkiyədə prezident seçkiləri yaxınlaşır. Belə bir vaxtda Ərdoğanın apardığı siyasət daxili ictima rəyin formalaşdırılması baxımından əhəmiyyətli rol oynaya bilər.
Bu mənada Misirlə münasiətlərin normallaşması Türkiyə üçün əhəmiyyətlidir. Həmçinin bu proses eyni dərəcədə Qahirə üçün də maraqlıdır. Çünki Ankara artıq nəinki regional, həm də qolbal siyasətçi oyunçudur. Odur ki, Misir Türkiyə ilə münasibətlərin normallaşması nəticəsində ancaq udar.
Bundan başqa, Türkiyə NATO ölkəsidir. Ankaranın Qərblə normal münasibətləri var. Deməli, Ankara ilə münasiobətləri bərpa etməklə Qahirə də Qərblə olan münasibətlərini gücləndirə bilər.
Həmçinin nəzərə almaq lazımdır ki, Misir Suriya ilə dəniz sərhədi olan dövlətdir. Deməli, Misirlə diplomatik münasibətlərin bərpası hər iki tərəfin maraqlarına uyğundur. Düşünürəm ki, yaxın vaxtda bu istiqamətdə ciddi addımlar atıla bilər.
Kənan Novruzov Kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir