Dünən Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə ermənistanlı həmkarı Ararat Mirzoyan arasında görüş olub. Tərəflər Antalya Diplomatiya Forumu çərçivəsində görüşüblər. Hər iki diplomat müzakirənin səmərəli keçdiyini deyib. Onlar regionda sülh və sabitlikdə maraqlı olduqlarını vurğulayıb, təmasların davam edəcəyini bildiriblər.
Regional proseslərin inkişafı baxımından bu görüş xüsusi əhəmiyyətli idi. Çünki Türkiyə və Ermənistan XİN başçıları çox uzun müddətdən bəri ilk dəfə bir araya gəlirdilər. Bu, regiondakı yeni reallıqlar baxımından dəyərləndirilməlidir. Nazirlər ikitərəfli əlaqələrlə yanaşı, yəqin ki, Cənubi Qafqazdakı durumu da müzakirə ediblər. Həmçinin, ola bilsin, son günlər Qarabağda müşahidə olunan hərəkətlənmə barədə də fikir mübadiləsi aparılıb.
Nazirlər arasında görüşdən sonra Çavuşoğlunun rusiyalı həmkarı Sergey Lavrovla telefonla danışması diqqət çəkir. Rəsmi məlumatda onların Ukraynadakı vəziyyət haqqında danışdıqları qeyd olunub. Amma türkiyəli nazirin Lavrovu ermənistanlı həmkarı ilə görüşə dair məlumatlandırması da istisna deyil. Hətta ola bilsin, telefon danışığı məhz Lavrovun təşəbbüsü ilə baş tutub. Çünki Kreml də Cənubi Qafqazdakı proseslərdə xeyli maraqlıdır və hazırda başının qarışıq olmasına baxmayaraq, regional tendensiyaların nəzarətindən kənar olmasını istəmir.
Əvvələr də dediyimiz kimi, proseslər sürətlənməkdədir. Əlbəttə regionda “düyünlərin açılmasını” istəməyən qüvvələr var. Bu tərəflərdən biri Ermənistandakı revanşistlərdir. Elə Moskva da prosesləri “tormuzlatmaq” niyyətindədir. Son vaxtlar cəbhənin müxtəlif istiqamətlərində baş verən təxribatlar da bu baxımdan qiymətləndirilməlidir. Provokasiyalar daha bir müddət davam edə bilər. Lakin bu, revanşistlərin axırıncı cəhdləridir. Onlar “son nəfəslərini verirlər”. Əgər ermənistanlı nazir Türkiyəyə gedibsə və hər iki tərəf görüşü müsbət qiymətləndiribsə, deməli, rəsmi İrəvan konstruktiv mövqe tutmağa başlayıb. Bu isə o deməkdir ki, regional proseslər maraqlarımıza uyğun inkişaf edəcək, o cümlədən “Qarabağ klanı”nın təsir imkanları getdikcə azalacaq.
Qeyri- rəsmi məlumata görə, Qarabağın dağlıq hissəsində döyüşlər gedir. Yaxın vaxtlarda xoş xəbərlər eşidə bilərik. Amma bu, təkcə hərbi yox, həm də siyasi iradə sayəsində mümkün olacaq.
Bütün hallarda regional proseslər lehimizədir. Mövcud imkanlardan, o cümlədən Rusiyanın “dara düşməyindən” istifadə edərək daha böyük uğurlar əldə etmək mümkündür.
Kənan Novruzov, Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti
Kənan Novruzov: Çavuşoğlu Mirzoyanla görüşüb: “düyünlər açılır”
162 0

Kafkassam Editör
Yeni bir dünyaya uyanmak, dünyayı yeniden okumak isteyenler için, söylenecek sözü olanlar için merkezi Ankara’da olan KAFKASSAM’ı kurduk. Erivan, Bakü, Tiflis, Tebriz, Grozni, Moskova, Mahaçkale, Nazrin, Nalçik, Saratov, Ufa ve Sochi’de ofislerimiz temsilcilerimiz var. Kafkassam genelde kafkasya çalışmak için kuruldu Kafkasya genelinde çalışır. Ermenice Rusça Gürcüce İngilizce dillerinde yayın yapan kafkassam genç akademisyen ve stratejistlerle çalışmaya özen gösterir. KAFKASSAM’ın internet sitesi 2 Ocak 2010’da yayına girdi. İnternet sitesinde Kafkasya’daki ülkeler ve Türkiye ile ilişkileri hakkında makaleler, ropörtajlar, analizler ve yorumlara yer verilmektedir.