Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycanda səfərdədir. Bu gün o, həmkarı Ceyhun Bayramovla görüşəcək.
Çox güman, nazirlərin fikir mübadiləsi aparacağı mövzulardan biri Ermənistanla diplomatik münasibətlərin bərpası olacaq. Ermənistan baş naziri Nikol Paşinyan bu günlərdə yaxın vaxtlarda sülh sazişinin imzalanacağı barədə bəyanat vermişdi. Görünür, proses sürətlə davam edir. Ola bilsin, Bayramovla Çavuşoğlu sülh sazişinin şərtləri barədə danışsınlar.
Eyni zamanda Rusiya ilə Ukrayna arasında davam eden müharibə də gündəmdə olacaq. Görüşdən sonra keçiriləcək mətbuat konfransında hər iki diplomatın Ukraynanın ərazi bütövlüyünün dəstəklənməsi və həm Moskvanın, həm də Kiyevin gərginliyi azaltması istiqamətində açıqlamalar verəcəyi gözlənilir. Nazirlər məsələnin diplomatik yolla həllində maraqlı olacaqlarını dilə gətirəcəklər.
Həmçinin Azərbaycan və Türkiyənin vasitəçiliyə hazır olduğunun bir daha diqqətə çatdırılması istisna deyil. Ancaq “pərdəarxasında” daha dərin müzakirələr ola bilər. Məsələ ondan ibarətdir ki, hərbi əməliyyatlar və müharibənin nəticəsi Cənubi Qafqaza birbaşa təsir edəcək. Odur ki, Bakı və Ankara bu durumdan istifadə etməyə çalışacaqlar. Bu, xüsusilə regionla bağlı məqamlarda özünü göstərə bilər. Bayramov və Çavuşoğlu hər iki ehtimalı- Rusiyanın qalib gəlməsini və uduzmasını nəzərə alacaq, buna adekvat atılacaq addımlar barədə müzakirə aparacaqlar.
Görüşdən sonra sonra hər iki diplomatın rusiyalı və ukraynalı həmkarları ilə telefon danışığı istisna deyil. Hətta, görüşün nəticəsindən asılı olaraq liderlər səviyyəsində də təmaslar ola bilər.
Bütün hallarda Çavuşoğlunun Azərbaycana səfəri regional proseslər baxımından xüsusi əhəmiyyətlidir. Bu, qardaş ölkələrin eyni mövqedə olmağını göstərir. Müzakirələr regionla bağlı prosesləri sürətləndirəcək.
Kənan Novruzov, Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti
Kənan Novruzov: Çavuşoğlu Bakıdadır”Portfelində nələr var?”
148 0

Kafkassam Editör
Yeni bir dünyaya uyanmak, dünyayı yeniden okumak isteyenler için, söylenecek sözü olanlar için merkezi Ankara’da olan KAFKASSAM’ı kurduk. Erivan, Bakü, Tiflis, Tebriz, Grozni, Moskova, Mahaçkale, Nazrin, Nalçik, Saratov, Ufa ve Sochi’de ofislerimiz temsilcilerimiz var. Kafkassam genelde kafkasya çalışmak için kuruldu Kafkasya genelinde çalışır. Ermenice Rusça Gürcüce İngilizce dillerinde yayın yapan kafkassam genç akademisyen ve stratejistlerle çalışmaya özen gösterir. KAFKASSAM’ın internet sitesi 2 Ocak 2010’da yayına girdi. İnternet sitesinde Kafkasya’daki ülkeler ve Türkiye ile ilişkileri hakkında makaleler, ropörtajlar, analizler ve yorumlara yer verilmektedir.