KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Kənan Novruzov: Cənubi Qafqazda Qərblə Rusiya arasında rəqabət güclənir: İstifadə etməliyik

Kənan Novruzov: Cənubi Qafqazda Qərblə Rusiya arasında rəqabət güclənir: İstifadə etməliyik

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
187 0

Cənubi Qafqazda Qərblə Rusiya arasında rəqabət güclənir: İstifadə etməliyik

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla ermənistanlı həmkarı Ararat Mirzoyan arasında Vaşinqtonda keçirilən 4 günlük görüşə münasibət bildirib. O qeyd edib ki, Aİ Ermənistan və Azərbaycanla birlikdə olmağa, davamlı sülh axtarışı üçün tərəfdaşlarımızla işləməyə davam edəcək.
T. Klaar xatırladıb ki, tərəqqi yalnız dialoq yolu ilə əldə edilə bilər.

Məlum olduğu kimi, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması ilə bağlı 3 əsas platforma var. Bunlardan biri də Brüssel, yəni Aİ formatıdır. İlk vaxtlar Aİ tərəflər arasında uğurlu vasitəçik edə bildi. Lakin sonradan proses bir növ tormuzlandı. Fikrimcə, bunun əsas səbəbi Aİ-nin sədri olan Fransanın qeyri-obyektiv, qərəzli mövqeyidir.

Aİ əvvəllər də oxşar açıqlamalar verib. Ümumiyyətlə, Qərblə Rusiyanın sülhlə bağlı yanaşmaları bir qədər fərqlidir. Belə ki, Moskva sülhün açarının Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında imzalanan üçtərəfli bəyanatlar olduğunu bildirir. Vaşinqton və Brüssel isə daha çox ikitərəfli təmaslara işarə vurur. Ümumiyyətlə, görünür, Rusiyadan fərqli olaraq Qərb ikitərəfli təmaslarda daha maraqlıdır. Bunun əsas səbəbi isə Qərbin sülh müqaviləsində qismən səmimi olmasıdır. Çünki Aİ və ABŞ-ı maraqlandəran daha çox regiondakı iqtisadi maraqlardır. Bunun üçün isə təhlükəsizlik təmin edilməli, nəqliyyat-kommunikasiya xətləri açılmalıdır.

Amma Moskvanın regiondakı mövcudluğunu təmin etməsi üçün gərginliyin davamlı olması şərtdir.

Qərblə Rusiyanın sülhə münasibətlərindəki əsas fərq budur.

Fikrimcə, Rusiya ilə Qərb, o cümlədən Aİ arasındakı mübarizə bundan sonra da davam edəcək və daha da gərginləşəcək. Azərbayan bu situasiyadan öz maraqları naminə istifadə etməli, böhranı fürsətə çevirməlidir.
Kənan Novruzov

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir