KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Kənan Novruzov: Buça qətliamı Qərb üçün “kozur”dur: Kremlə təzyiqlər artacaq

Kənan Novruzov: Buça qətliamı Qərb üçün “kozur”dur: Kremlə təzyiqlər artacaq

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
415 0

Rusiya silahlı qüvvələrinin Buçada törətdikləri qətliam beynəlxalq ictimaiyyətin gündəmindədir. Dünən Ukrayna Prezidenti Ofisinin rəhbərinin müşaviri Mixaylo Podolyak və ölkənin xarici işlər naziri Dmitro Kuleba bu barədə beynəlxalq ictimaiyyətə müraciət ediblər. Onlar bildiriblər ki, Buçada baş verənlər təkrarlana, gələcəkdə Avropa üçün təhlükə yarada bilər. Odur ki, Qərb ölkələri Kremlə təzyiqləri artırmalıdır. NATO baş katibi Yens Stoltenberq isə bu barədə çıxışında ölkədə yaşanılanları müharibə cinayəti kimi qiymətləndirib: “NATO müttəfiqləri bununla bağlı istintaqın başladılmasını, Beynəlxalq Cinayət Məhkəməsi və BMT vasitəsilə araşdırılmasını dəstəkləyir. Bunu törədənlər məsuliyyətə cəlb olunmalıdır”.
Görünür, Buça qətliamı Ukrayna və Qərb üçün “kozur”a çevrilib. Onlar bu məsələdən Moskvaya qarşı istifadə etmək niyyətindədirlər. Əlbəttə, belə də olmalıdır. Ən azından ona görə ki, dinc əhaliyə qarşı vəhşilik müharibə qanunlarına, beynəlxalq hüquq normalarına ziddir.
Yəqin ki, Buça faciəsi hələ bir müddət beynəlxalq ictimaiyyətin diqqətində olacaq. Ümumiyyətlə, Qərb istədiyinə nail olanadək bu məsələnin unudulmamasına çalışacaq. İki əsas ssenari var. Bunlardan birincisi, tərəflər arasındakı potensial sülh danışıqlarında Buça cinayətlərinin nəzərə alınması və müzakirələrin Qərbin, həmçinin Ukraynanın maraqlarına uyğun formada başa çatmasıdır. Başqa sözlə desək, sözügedən təzyiq aləti vasitəsilə Moskva ciddi güzəştlərə məcbur edilə bilər. Ola bilsin, Kreml bununla razılaşmasın. Bu isə o deməkdir ki, Rusiya uzaqperspektivli təzyiqləri nəzərə almalıdır. Əgər Moskva hələ də inadkarlıq etsə, gələcəkdə Buça faciəsi hər an yenidən gündəmə gələ bilər. Və bu zaman maddi təzminatdan ərazi iddialarına qədər müxtəlif tələblər irəli sürülə bilər. Hər halda tarixdə oxşar nümunələr heç də az deyil.
Bir sözlə, Rusiya hakimiyyəti hara getsə, Buça qətliamı daban-dabana onu izləyəcək. Bu hadisəni unutdurmağın yeganə yolu isə indidən daha loyal xarici siyasət xətti tutmağa başlamaqdır.
Kənan Novruzov, Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir